Əsas Səhifə > Partiya, Güney Press > "Cəbhəçilər AXC-nin yubileyini bu gün qeyd edəcəklər"
"Cəbhəçilər AXC-nin yubileyini bu gün qeyd edəcəklər"16-07-2014, 10:32 |
Ötən gün Müsavat Partiyasının Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 illik yubileyi ilə bağlı keçirdiyi tədbirə AXCP rəhbərliyinin qatılmaması partiyalar arasında qalmaqala səbəb olub. Cəbhəçilər İsa Qəmbərin rəhbəri olduğu Müsavatdan şikayətlənərək onların tədbirə çağırılmamasından narazılıq edirdirlər. Çox keçmədi ki, qarşı tərəf açıqlama verdi və bəyan etdi ki, başqa Əli Kərimli olmaqla AXCP rəhbərliyi digər müxalifət partiyaları ilə birgə mərasimə dəvət olunubmuşlar. Cəbhəçilər Müsavata etiraz olaraq özləri ayrılıqda AXC-nin yubileyini qeyd etmək qərarına gəliblər. AXCP sədrinin müavini Gözəl Bayramlı AzVision.az-a bildirib ki, cəbhəçilər AXC-nin yubileyini bu gün qeyd edəcəklər. “Bizim partiyanın yubileyi iyunun 16-dadır və biz ona hazırlaşırıq. Yubiley tədbiri Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutacaq”. Ssədr müavini vurğulayıb ki, təbdirə ölkə ictimaiyyətinin tanınmış siyasi xadimləri və o cümlədən Müsavat başqanı İsa Qəmbər tədbirə dəvətlidir. Geri qayıt |