Əsas Səhifə > Partiya, Güney Press > Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən də gedir…

Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən də gedir…


22-07-2014, 09:21
Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən də gedir…
Moderator.az-a adının çəkilməsini istəməyən mötəbər mənbə tərəfindən ilginc məlumat daxil olub. Bildirilir ki, artıq kinossenarist Rüstəm İbrahimbəyovu Milli Şuraya bağlayan son tellər də qırılmaq üzrədir və yaxın zamanlarda o “işinin çoxluğunu” əsas gətirərək “rejimə qarşı ardıcıl dirəniş göstərənlərin mübarizəsinə mane olmamaq” üçün Milli Şuranın fəxri sədrliyindən də getməyi planlaşdırır.

İnformasiyanı dəqiqləşdirmək imkanımız olmasa da Rüstəm İbrahimbəyovun Milli Şura ilə əlaqələrinin hansı səviyyədə olmasını öyrənmək üçün qurumun ən sanballı üzvlərinən olan Vidadi Mirkamala aşağıdakı suallarla müraciət etdik:

“Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun qurumun koordinasiya mərkəziylə əlaqəsi barədə məlumatınız varmı? Bəzi iddialara görə onun sədrliyi kimi fəaliyyəti də simvolik xarakter daşıyır və o faktiki olaraq bu prosesdən tamam kənarlaşıb. Ümumiyyətlə, şəxsən Siz sonuncu dəfə Rüstəm İbrahimbəyovla nə vaxt telefonla danışmısınız?”

V. Mirkamalınsa cavabından bəlli olub ki, onun Rüstəm İbrahimbəyovla birbaşa kontaktı yoxdur və o da məsələdən yetərincə məlumatlı deyil:

“Mən R.İbrahimbəyovla sonuncu dəfə Tbilisidə məlum toplantıda görüşmüşəm. Mənim şəxsən onunla telefon əlaqəm olmayıb. Bildiyim qədər onunla C.Həsənlinin və E.Quliyevin telefon əlaqəsi var. Ona görə düşünürəm ki, bu sualınızı həmin şəxlərə yönəltsəniz konkret cavab ala bilərsiniz.”

“Şəxsən Siz onun Milli Şuradakı fəaliyyətini qənaətbəxş hesab edirsinizmi”sualımıza cavabında da V. Mirkamal konkret cavab vermək istəmədi və “Mənim onunla əlaqəm olmadıgı üçün onun hansı formada MŞ-nın fəaliyyətində iştirakı barədə məlumatım yoxdur. Məncə bu sualınıza MŞ-nın sədri C.Həsənli daha dolğun cavab verə bilər” cavabıyla kifayətləndi.

Geri qayıt