Əsas Səhifə > Partiya, Güney Press > “Onlar Ukrayna seperatizmi haqqında çox bərk qışqırır, erməni işğalı haqqında susurlar”

“Onlar Ukrayna seperatizmi haqqında çox bərk qışqırır, erməni işğalı haqqında susurlar”


23-07-2014, 11:43
“Onlar Ukrayna seperatizmi haqqında çox bərk qışqırır, erməni işğalı haqqında susurlar”
“Mən dəfələrlə Ukraynanın bu gün geosiyasi mübarizə məkanı olduğunu demişəm”. Bunu Moderator.az-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı diaspor liderlərindən və Putinin ən yaxın silahdaşlarından Söyün Sadıqov bildirib. S.Sadıqovun qənaətincə, Qərb Ukraynadakı proseslərdən Rusiyaya təzyiq etmək, onun beynəlxalq miqyasda təsir və imkanlarını azaltmaq məqsədi ilə istifadə edir:
“Rusiya Aİ-na və ABŞ-a ərəb dünyasında və post-sovet məkanında mane oldu. Əfsuslar olsun ki, dünyada siyasət ikili standartlardan ibarətdir. Onlar bu gün Ukraynanın Luqansk və Donesk vilayətlərində separatizmin olması haqda çox bərk qışqırırlar və onlara, eləcə də Rusiyaya qarşı kəskin tədbirlərə əl atırlar. Qarabağ-erməni separatizmi və işğalı haqqında isə 22 ildir sususrlar. Baxmayaraq ki, 1994-cü ildə BMT buna qarşı qətnamələr qəbul etsə də, bu qətnamələr artıq 20 ildir erməni separatçıları tərəfindən icra olunmur. Lakin dostlar, demokratiyanın atası hesab edilən ABŞ, nə də anası Avropa İttifaqı heç bir kəskin tədbirlərə əl atmır. Əksinə, erməni işğalçılarına və separatçşılarına kömək edirlər. Əgər Azərbaycan Rusiyanı yıxmaq baxımından Ukrayna kimi onlara maraqlı olsaydı, o zaman onlar erməni separatçılarına qarşı sanksilar tətbiq edərdilər. Nədənsə hər şey əksinədir. Bu gün Qarabağ separatçılarının “liderlər”i sakit şəkildə ABŞ-a və Aİ-na gedirlər. Onları elə bir hökümət mühafizə də edir və maliyyə yardımı da edir. Ona görə də hamı bilməlidir ki, ABŞ və Aİ Ukraynanın ərazi bütövlüyünü qoruya bilməyəcək. Digər tərəfdən iki böyük slavyan qardaş dövlətəri bir-birlərinə qarşı qoyacaq və bu da, böyük müharibə ilə nəticələnəcək. Onlar Ukrayna və Rusiya arasında ilk növbədə Gömrük İttifaqı və Avrasiya sazişlərinin bağlanmaması və üç slavyan qardaş dövlətin: Ukrayna, Rusiya və Belorusun birləşməsinə imkan verməmək, Rusiyanı siyasi, iqtisadi və enerji baxımından zəiflədərək, onun beynəlxalq təsirini azaltmaq niyyətindədir. Onu da qeyd edim ki, Azərbaycan və Azərbaycan xalqından başqa heç kəs Qarabağı separatistlərdən təmizləməyəcək. Bunu yalnız azərbaycanlılar özləri etməlidir”.

Geri qayıt