Əsas Səhifə > Partiya, Güney Press > Rəsul Quliyev daha "beyləqan vəziyyətlərə" şərh verir...
Rəsul Quliyev daha "beyləqan vəziyyətlərə" şərh verir...30-07-2014, 12:18 |
Eks-spiker Rəsul Quliyev Moderator.az-a açıqlamasında Haaqa Məhkəməsinin “Yukos” işi ilə bağlı Rusiyanı 50 milyard dollar məbləğində cərimələməsinə münasibət bildirib: “Düşünürəm ki, belə məbləğdə cərimələmə tarixdə birinci hadisədir. 50 milyard dollar Gürcüstan kimi bir ölkənin demək olarki 10 illik, Azərbaycanın isə 5 illik dövlət büdcəsinə bərabərdir. Hər bir dövlət başçısı nəhayət dünyanın həm siyasi həmdə iqtisadi qlobalaşdığını anlamalıdır, beynəlxalq qanunlara imza atmış dünya iqtisadi intiqrasiyasının içərisində olan istənilən ölkə xüsusilə RF-sı kimi iqtisadiyatının 60 faizinin xaricin enerji resursları bazarından asılı olan ölkələr çox ciddi şəkildə cəzalandırıla bilərlər. Ona görə Azərbaycan hökümətinin hərdən “biz müstəqil siyasət aparırıq”, “ nə istəyirik onu da edərik” və “heç kim bizim daxili işimizə qarışa bilməz” ritorikaları gülüş doğurur. ABŞ və Qərb ölkələrinin RF-nı diz üstündə oturtmağı göz qabağındadır. Məsələn Azərbaycan razılaşdırmamış öz torpaqlarımızı azad etməyə qalxa bilməz, əks təqdirdə onu bir aya çökdürərlər. Nəyə görə ABŞ super dövlətdir? Çünki məsələn Çinin ABŞ ilə ildə 1 trilionluq ticarəti var, müqayisə üçün Çinin RF-sı ilə ticarəti ildə 80 milyard səviyyəsindədir (ticarət dollarla hesablanır). Və ya Avropa ilə ABŞ arasında ticarət 2 triliondan yuxarıdır. Müasir texnologiyanın 80 faizi ABŞ institutlarında və sənayesində dünyaya gəlir. Ona görə də ABŞ super dövlətdir, əhalinin sayı və ya Putin sayağı hərbə zorba gəlməklə super dövlət olmaq mümkün deyildir. Sözsüz RF bu pulu ödəməmək üçün hər şeyə əl atacaq. Ancaq dünyanın hər yerində onun mülkiyyətinə arest qoyacaqlar, haradasa Putinin təyyarəsini uçmağa qoymayıb satışa çıxaracaqlar. Beynəlxalq məhkəmənin qərarına bütün ölkələr əməl etməlidir. Hər halda RF Yukosun adamları ilə əlaqə yaradıb cərimənin miqdarını azaltmağa və onu verməyə məhkumdurlar, istər yaxın vaxtlarda istərsə də 10 ildən sonra. Putin kimi neft və qazdan gələn gəlirləri özünün şəxsi malı kimi qəbul edən qudurmuş dövlət başçılarını beynəlxalq normalarla yaşamağa məcbur edəcəklər. Çünki planetin sivil qanunlarla yaşamaq istəyən əhalisinin əlində dünya finansının 80 faizi artıq toplanıbdır”. Geri qayıt |