Əsas Səhifə > Partiya, Güney Press > Fazil Mustafa bu dəfə də axına qarçşı gedib, fərqlənməyə çalışdı...

Fazil Mustafa bu dəfə də axına qarçşı gedib, fərqlənməyə çalışdı...


5-08-2014, 12:34
Fazil Mustafa bu dəfə də axına qarçşı gedib, fərqlənməyə çalışdı...
Millət vəkili Fazil Mustafa son günlər cəbhə xəttində baş verən atışmalar zamanı verilən reaksiyalar haqda yazıb.

Hafta.az-ın verdiyi xəbərə görə, deputat hazırkı “üzüntü”ləri və “sevinc”ləri tarixi məqamlarla müqayisə edib: “Bir zamanlar Sasani hökmdarı Bəhram Gur (Bakının girişində Nuru Paşanın xilas üçün şəhərə daxil olduğu yerdə fəxrlə bu türk düşməninin heykəlini qoymuşuq) bütün məmləkət əhlinə hər ilin bir günündə "Şənlənin!" əmrini vermişdi. Həmin gün məyus görünəni şiddətlə cəzalandırırdılar. Sonralar Azərbaycanın bölgələrində Məhərrəmlik mərasimlərində kimliyindən asılı olmayaraq hamı kədərli, göz yaşları içində görünməliydi. Çevrədəkilər başqa cür davranana çox pis baxardı”.

F.Mustafa televiziyalarla bağlı verilən reaksiyaları süni vətənpərvərlik adlandırıb: “Bunları ona görə xatırladım ki, vətənpərvərlik aurası yaratmaq üçün işbazların çoxu fişləmə, ifşa etmə yarışına çıxıb: filan televiziya niyə bu proqramı verdi, filan müğənnin niyə ucadan oxudu, filankəs niyə gülərək yoldan keçdi, filankəs niyə tətilini yarımçıq qoyub vətənə qayıtmadı və s. Hamı icbari qaydada vətənpərvərlik standartlarının içinə salınmaqdadır sanki. Bu saxta, epizodik, məcburi vətənpərvərlik doğrudanmı bizə lazımdır? Bu, bəzi ölkələrdə İslam adı ilə zorla qadınlarının başörtüsü geyməyinə bənzəyir, zorla hamının Şimali Koreyadakı kimi göz yaşı tökməyinə bənzəyir. Hər kəsin öz funksiyasi, işi, vəzifəsi var. Güdükçülüklə, məcburiyyətlə, qınaqla faydalı nəticə əldə etmək olmaz. Buraxın addım-addım hər kəs başqasının qınağına görə deyil, öz duyğuları ilə, səmimi şəkildə bu günümüz üçün, çətin məqamlarımız üçün öz töhfəsini versin. Keçici, müvəqqəti emosionallığın acı nəticələrini biz illər öncə yaşamışıq”.

Deputat qeyd edib ki, gənc çılğın hərəkatçı uşaqların böyük ziyalımız Mirzə İbrahimovun papağını necə vurub yerə saldığını görüb: “Halbuki kütlənin az qala Vətən xaini elan etdiyi bu şəxsiyyət dilimizin statusu uğrunda dövrün zorluqları içində qəhrəmancasına savaş vermişdi və hər cür təhdidlərə məruz qalmışdı. Əminəm ki, Azərbaycan insanının əksəriyyəti şəhidlərimiz üçün acıyır, müğənnisi də, televiziya işçisi də, jurnalisti də, siyasətçisi də, yoxsulu da, varlısı da. Sadəcə, kim daha çox vətənpərvərdir tok-şousunu düzəltməyə gərək yox, buraxın hər kəs səmimiyyətinin, fədakarlığının çatdığı qədər bu Vətənin acısını yaşasın”.

Geri qayıt