Əsas Səhifə > Partiya, Güney Press > "İrəli" ermənilərin "STOPALİEV" kampaniyasına belə cavab verdi
"İrəli" ermənilərin "STOPALİEV" kampaniyasına belə cavab verdi8-08-2014, 10:41 |
İRƏLİ İctimai Birliyi sosial şəbəkələrdə “Erməni təcavüzünə yox!” adlı kampaniyaya başlayıb. Birlikdən SalamNews-a verilən məlumata görə, kompaniya 20 ildən çoxdur Ermənistan tərəfindən Azərbaycanın torpaqlarının ərazi bütövlüyünün və 1 milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına qarşı yönəldilib. Birliyin sədri MirHəsən Seyidovun sözlərinə görə, beynəlxalq qurumların Ermənistanın təcavüzü qarşısında susması kampaniyanın həyata keçirilməsinin önəmini artırır: "Biz bu müharibənin acı nəticələrini 20 ildir ki yaşayırıq, amma onlar susurlar. Xüsusilə, ATƏT-in Minsk qrupunun nümayəndələrinin sadəcə mülahizələr bildirmələri, realda Ermənistana qarşı heç bir sanksiya və tələblər ilə çıxış etməmələri, erməni təcavüzünü daha da artırır.” Bildirək ki, kampaniyaya qoşulmaq və “Erməni təcavüzünə yox!” demək üçün, xüsusi olaraq yaradılmış internet portalına- http://ireli.az/stopagression/index.html daxil olub, orada verilən linklər vasitəsilə, göstərilən sosial şəbəkələrdən birini seçib və ona uyğun olaraq təlimatı həyata keçirmək kifayətdir. Gənclər kompaniyada paylaşılanları ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki də işarələməklə həyata keçirirlər. Xatırladaq ki, İRƏLİ İctimai Birliyi son günlərdə sərhəd rayonlarda baş verən hadisələr ilə əlaqədar olaraq, gənclər adından dünya dövlətləri və beynəlxalq qurumlara 6 dildə bəyanat göndərib. Geri qayıt |