Əsas Səhifə > Partiya, Güney Press > “Kreml mövcud siyasətini davam etdirməyə məcburdur”
“Kreml mövcud siyasətini davam etdirməyə məcburdur”12-08-2014, 11:38 |
“Rusiya mövcud siyasətini davam etdirməyə məcburdur”. Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Politoloqun sözlərinə görə, Qərb Rusiyanı faktiki olaraq dünya təsərrüfat sistemindən kənarlaşdırıb: Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya üçün ciddi problemlər yaratmaqdadır və bu problemlər getdikcə artır. Rusiya ya Qərbin qarşısında aciz olduğunu etiraf etməli, ya da mövcud siyasətini davam etdirməlidir. Bu baxımdan Kreml hazırkı siyasətini davam etdirməyə məcburdur. Lakin hesab edirəm ki, zamanla Qərb də, Rusiya da öz mövqeyindən geri çəkiləcək. Çünki münasibətlərin bu şəkildə inkişafı nə Qərbin, nə də Rusiyanın marağına cavab vermir”. Geri qayıt |