Əsas Səhifə > Partiya, Güney Press > Fazil Mustafa şaiqə yayanları "yalançı vətənpərvər" adlandırdı

Fazil Mustafa şaiqə yayanları "yalançı vətənpərvər" adlandırdı


13-08-2014, 10:34
Fazil Mustafa şaiqə yayanları "yalançı vətənpərvər" adlandırdı
“Hamıda elə təsəvvür varmış ki, Putin prezidentləri ona görə çağırıbmış ki, bir neçə rayonu Ermənistandan alıb bizə versin və bizi də Avrasiya İttifaqına salsın”.

Hafta.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa söyləyib. Onun sözlərinə görə, ictimaiyətdə səslənən bu kimi fikirlər yanlışdır:

“Tutaq ki, Putin Ermənistandan tələb etdi ki, işğal olunan bir neçə rayonu qaytar. Ermənistan da uşaq oyuncağı kimi götürdüyünü bizə qaytaracaq? Rusiya uzaqbaşı və ən yaxşı ehtimal kimi bizə təminat verər ki, Azərbaycan ordusu hücum etsə, onlar bilavasitə müdaxilə etməyəcəklər.O zaman yenə də savaşaraq torpağı almaq lazım gələcək. Müharibədən danışanların əksəriyyəti şüuraltında hansısa fövqəladə gücün və ya sehirli barmağın məsələni çözəcəyini daha çox düşünür. Ancaq sehirli heç nə baş verməyəcək.Kim daha ağıllı və çalışqandırsa, prosessi də o uduşla tamamlayacaq”.

Millət vəkili cəbhədə gərginlik əsnasında yalan məlumat yayanlara da öz sözünü çatdırdı:

“Cəbhə xəttindəki son gərginlik nəyi göstərdi- biz yenə də ani emosionallıqla, “qısamüddətli ağrıkəsici” ilə özümüzə təskinlik veririk. Az qala hamı bir-birini qandıraraq, "bir şad xəbər eşitmişəm, bir azdan deyəcəyəm" blefi ilə duyğularımızı işğal etdi. Səhəri gün hamı yenidən real dünyaya qayıtdı. Yalançı vətənpərvərlik xortumu burula-burula çəkilib getdi. Bizə zəruri olan isə soyuqqanlı, və peşəkar vətənsevərlikdir. Lakin müharibə uzun sürən bir prosesdir və əsas hədəfə çatmayana qədər, kiçik uduşların arxayınçılığına, sevincinə özünü qapdırmaq olmaz”.

Geri qayıt