Əsas Səhifə > Partiya, Güney Press > İslamçı məhbuslar 4 il 6 aydan sonra azadlığa çıxdı
İslamçı məhbuslar 4 il 6 aydan sonra azadlığa çıxdı14-08-2014, 11:05 |
2010-cu ilin 13 fevralında Peyğəmbərimizin vəfatı günü ilə əlaqədar keçirilən yürüşdə saxlanılaraq sonradan barələrində 4 il 6 ay həbs cəzası çıxarılan son iki məhbus da bu gün azadlığa çıxdı. Qeyd edək ki, həmin gün onlarla aksiya iştirakçısı polis tərəfindən saxlanılmışdı. Onların əksəriyyəti inzibatı çəza verilməklə azadlığa buraxılsa da, 5 nəfər - Elmar Səmədəv, Ağəli Yəhyayev, Seynur Hüseynov, Bilal Əhmədov və Elçin Abbasov barədə həbs qəti-imkan tədbiri seçilmişdi. Məlumat üçün bildirək ki, 2010-cu il avqust ayının 3-də Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, Elçin Abbasov və Seynur Hüseynov 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədov 4 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. Elmar Səmədəv və Ağəli Yəhyayevin cəzaları bu gün başa çatıb və onlar azadlığa çıxıblar. Geri qayıt |