Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu AXCP-ni ölüsoyanlıqda ittiham etdi

Sərdar Cəlaloğlu AXCP-ni ölüsoyanlıqda ittiham etdi


27-08-2014, 13:04
Sərdar Cəlaloğlu AXCP-ni ölüsoyanlıqda ittiham etdi
“Həm özlərini siyasi məhbsuların hüquqlarını müdafiə edən yeganə təşkilat kimi göstərməyə çalışırlar, həm də müdafiə adı altında dərhal xarici təşkilatlara müraciət edib vəkil tutmaq adı ilə maddi dəstək istəyirlər. Bu birinci dəfə deyil. Bunların bütün fəaliyyəti, siyasi məhbusların hüquqlarının müdafiəsi sahəsində canfəşanlıqlarının səbəbi budur. Şəxsən mən bunu əxlaqsızlıq, ölüsoyanlıq hesab edirəm”.

Birləşmiş Hüquq Müdafiə Mərkəzinin üzvü, ADP sədri Sərdar Cəlaloğlu Hafta.az-a müsahibə verib. S.Cəlaloğlu Milli Şuranın yaratdığı Siyasi Məhbusları Müdafiə Komitəsi ilə münasibətlərdən danışıb.



- Birləşmiş Hüquq Müdafiə Mərkəzinin adının dəyişdirilməsini təklif etmişdiniz. Bu məsələ reallaşdımı?

- Hələ müzakirələr gedir. Həfətnin 5-ci günü, avqustun 29-da toplantı keçiriləcək. Yəqin ki, orada bu barədə qərar verilər.



- Sizin təklifiniz nədir?

- Mənə elə gəlir ki, burada yalnız siyasi məhbusların hüquqlarınınn müdafiəsindən söhbət getməməlidir. Biz fəaliyyətimizi Avropa Xartiyasının tələbləri çərçivəsində qurmalıyıq. Belə olan təqdirdə biz həm beynəlxaql dəstək ala bilərik, həm də siyasi məhbuslardan başqa digər hüquqları pozulan şəxsləri müdafiə edə bilərik. Beləliklə daha böyük elektorata müraciət etmiş olarıq.



- Məqsəd elektorat toplamaqdırsa, onda bu təşkilat seçkiyə hesablanıb?

- Elektorat sözünü ona görə işlədim ki, seçici hüququna malik, ağlı başında olan adamlardan söhbət gedir. Məsələn, ruhi xəstələrin bir çox hüquqları yoxdur. Biz də hüquqları devrilmiş insanların daha böyük hissəsini müdafiə edək. Elektorat sözünü o mənada işlətmədim.



- Eyni iş üçün iki komitənin yaradılması nəticəyə müsbət təsir edir ya mənfi?

- Mən demişəm ki, birincisi, bunun adı komitə deyil. İkincisi, əvvəl biz bu komitəni (?) yaratmışıq, Milli Şura özü başqa bir komitə yaradıb. Mənim aldığım məlumata görə, əvvəlcə Milli Şurada Müdafiə Komitəsinin yaradılması yaxşı qarşılanmayıb. Bizim komitə yaradıldıqdan sonra Milli Şuradakılar peşman olub, özləri komitə yaradıblar. Onların təşkilatı yalnız siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olacaq, bizim komitə isə daha genişdir. Biz daha ciddi və uzağa gedən işlər görəcəyik. Onların təşkilatı ilə heç bir oxşarlığı yoxdur. Sadəcə adda biraz uyğunluq var, onu da təklif etmişəm ki, dəyişək.



- İnteqrasiyada maraqlısınızmı?

- Mən ilk gündən bizim komitədə dedim ki, burada niyə AXCP yoxdu. Ondan sonra mənə qarşı hücumlar oldu. Başa düşdüm ki, bəzi insanları dezinteqrasiya maraqlandırır. Qarşılarına qoyduqları məqsəd nə olursa olsun güclərin bir araya gəlməməsidir. ərəblərin bir sözü var. Onlar bir şeydə razılaşırlar ki, heç nə də razılaşmırlar. Azərbaycanda da bəzi qüvvələr çalışır ki, heç kim bir araya gəlməsin.



- Kimdir o bəzi qüvvələr?

- AXCP. Mən dedim bunları niyə dəvət etməmisiz? Onlar hər yerdə yaşlarına-başlarına uyğun olmayan ağızlarına gələni danışmağa başladı. Heç mən bilməmişəm ki, Pənah Hüseyn orada komitə yaradılmasını təklif edib, amma yaranmayıb. Bisləydim heç ora getməzdim. Özlərindən əvvəl yaranan komitəyə görə bizi ittiham edirlər. Bu necə ağılsızlıq, düşüncəsizlikdir. Mən hardan bilim ki, AXCP komitə yaradacaq və oturum onu gözləyim?!



- AXCP haqda dediniz. Bəs Milli Şurada digərləri ilə də inteqrasiya mümkün deyil?

- Gəlin, özümüzü aldatmayaq. Milli Şura deyilən bir şey yoxdur. Orada nə Eldar Namazov, nə İsa Qəmbər, nə Pənah Hüseyn var. Hamı dağılışıb çıxıb gedib, bircə AXCP qalıb. O ad AXCP-ə lazımdı deyə Cəmil Həsənlini də saxlayıb. Buna Milli Şura deyiriksə, əvvəlki nə idi bəs?! belə çıxır ki, əvvəlcə bütün millət bir yerdə olur. Sonra hər kəs dağılır bir nəfər qalır. Həmin bir nəfər də deyir ki, mən elə millətəm.



- Məhbus üstüdə davalar kənardan necə görsənir?

- Bu məhbus üstündə dava deyil. Məhbusların müdafiəsi adı altında məüyyən siyasi divident götürməklə bağlı bəzi adamların qısqanclıq nümayiş etdirməsidir. Şəxsən mənim bu məsələdə xüsusi bir marağım yoxdur. Amma bir vətəndaş və partiya sədri kimi həöbsləri düzgün hesab etmirəm. Məndən hansı bir iş tələb olunursa mən hazıram. Amma bəzi adamlar həm özlərini siyasi məhbsuların hüquqlarını müdafiə edən yeganə təşkilat kimi göstərməyə çalışırlar, həm də müdafiə adı altında dərhal xarici təşkilatlar müraciət edib vəkil tutmaq üçün maddi dəstək istəyirlər. Bu birinci dəfə deyil. Bunların bütün fəaliyyəti, siyasi məhbusların hüquqlarının müdafiəsi sahəsində canfəşanlıqlarının səbəbi budur. Şəxsən mən bunu əxlaqsızlıq, ölüsoyanlıq hesab edirəm. İnsanlar həbs olunur, qüvvələr birləşib onları müdafiə edir. Sən də dar bir çərçivə yaradırsan ki, sənin etdiklərindən heç kimin xəbəri olmasın. Bu yanlış bir yoldur. Darda olan insanlardan sui-istifadə edib maddi maraqlarını güdmək düzgün deyil.

Geri qayıt