Əsas Səhifə > Partiya, Güney Press > "Mən Eldəniz müəllimin narahatlığı üçün heç bir əsas görmürəm"

"Mən Eldəniz müəllimin narahatlığı üçün heç bir əsas görmürəm"


29-08-2014, 11:20
"Mən Eldəniz müəllimin narahatlığı üçün heç bir əsas görmürəm"
Daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev hələ də məhkəmə bildirişi almayıb. Bununla bağlı Moderator.az-a açıqlama verən R.Usubovun vəkili Əlirza Həbilov E.Quliyevin narahatlığı üçün heç bir əsas olmadığını vurğuladı:
“Mən Eldəniz müəllimin narahatlığı üçün heç bir əsas görmürəm. Məhkəmə prosesi sentyabrın 1-nə təyin edilib. Yəqin ki, Eldəniz müəllim ayın 1-nə qədər həm xüsusi ittiham qaydasında şikayətin surətini alacaq, həm də bildirişi alacaq. Çünki şikayətin surəti bildirişlə birlikdə göndərilir. Prosesual qanunvericiliyə görə, məhkəmə bildirişi rəsmi qaydada, poçt vasitəsi ilə göndərilir. Məhkəmə ilə bağlı bildirişi eyni qaydada, yəni poçt vasitəsi ilə mən almışam. Bu məsələdə hər hansı bri problem ola bilməz. Bütün lazımi sənədlər Eldəniz müəllimə prosesinə qədər çatacaq. Çünki mən məhkəməyə bu sənədləri təqdim etmişəm. Yəni bizdən asılı olan məsələləri həll etmişik. Bizim işimiz şikayətin surətini və ona əlavə edilən sənədləri məhkəməyə təqdim etmək idi. Yəqin ki, məhkəmə baxışına qədər ona bu sənədlər təqdim olunacaq. Başqa cür mümkün deyil. Çünki Eldəniz müəllim bununla tanış olmamış məhkəmə prosesi ola bilməz. Bu mümkün deyil. Hətta gec alası olsa belə, yenə də Eldəniz müəllimin hüququ var ki, sənədlərlə tanış olmaq imkanı əldə etsin. Məhkəmə sənədləri ona çatmasa, hətta onun məhkəməyə gəlməmək haqqı var. Bir sözlə, Eldəniz müəllimin narahatlığının ən azından bugünkü gün üçün əsası yoxdur”.
Məlumat üçün qeyd edək ki, R.Usubov E.Quliyevi məhkəməyə Azərbaycan Respublikasının daxili işlər naziri kimi deyil, vətəndaş olaraq verib.

Geri qayıt