Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbərin yerinə tək rəsmi iddialı Tural Abbaslıdır
İsa Qəmbərin yerinə tək rəsmi iddialı Tural Abbaslıdır1-09-2014, 11:53 |
"Müsavat qurultay üçün xarici və daxili qonaqlarını müəyyənləşdirib". Bu barədə “Qafqazinfo”ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. G.Aslanlı bildirib ki, avqustun 28-dən etibarən start verilən namizədlərin gəlir deklorasiyası ilə bağlı kampaniya davam etdirilir: “Bu iş sentyabrın 17-nə kimi davam edəcək. Texniki işlərlə bağlı təlimatlar verilib. Namizədlərin qeydə alınması, səsvermənin keçirilməsi, mandatın layihəsi hazırlanıb. Xaricdən gələn və daxili qonaqların siyahısı müəyyən olunub. Bu gün bu siyahı müzakirə olunub yekun qərar veriləcək. Bundan sonra dəvət olunacaq şəxslərin adları açıqlanacaq”. Partiya funksioneri nizamnaməyə edilən dəyişikliklər haqda da danışıb: “Eyni zamanda nizamnaməyə ediləcək dəyişiklər artıq bir neçə dəfə müzakirə olunub. Növbəti yığıncaqda həmin məsələlər barədə qərar veriləcək. Dəyişikliklər əsasən texniki xarakterlidir. Başqanlığa üçüncü dəfə namizəd olmaq barədə dəyişiklik təklif olunmayıb”. G.Aslanlı bildirib ki, Tural Abbaslıdan başqa başqanlığa namizəd hələ ki, qeydə alınmayıb. Qeyd edək ki, Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoy da namizədlik üçün müraciət edəcəklərini açıqlayıb. Müsavat Partiyası qurultayını isə sentyabrın 27-də keçirməyi planlaşdırır. Geri qayıt |