Əsas Səhifə > Partiya, Güney Press > “İsa Qəmbər “Musavat”ı supermarketə çevirib”

“İsa Qəmbər “Musavat”ı supermarketə çevirib”


3-09-2014, 11:16
“İsa Qəmbər “Musavat”ı supermarketə çevirib”
“Bu seçkilərdə də İsa Qəmbər qalib gəlsə, təəccüblənməyin. Hazırkı başqan 1991–ci ildən rəhbərlik etdiyi partiyasında özünü supermarket rəhbəri kimi aparır. O, partiyanı siyasi mülkiyyətinə çevirib”.

Bu fikirləri Hafta.az –a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkilinin sözlərinə görə, bu seçkidə də real namizəd İsa Qəmbərdir:

“Hazırkı durumda o, hakimiyyəti heç kimə verəsi deyil. Bu İsa Qəmbər üçün siyasi qürur məsələsidir. Bu da o deməkdir ki, dəyişən heç nə olmayacaq”.

Zahid Oruc iyirmi ildən artıq bir müddətdə partiyanın əsas ana müxalifət partiyasına çevrilmədiyini deyir və bunun səbəblərini birbaşa hazırkı rəhbərin zəif idarəçi olması ilə əlaqələndirir: “İsa Qəmbər qətiyyətli siyasətçi olsaydı, ora on minlərlə gənc axını, savadlı insanlar, Avropanın qabaqcıl məktəblərində təhsil almış gənclər qoşula bilərdi. Amma bu hələ ki, baş verməyib”.

Millət vəkilinin sözlərinə görə, hazırda pariya daxilində monarx sistemi hökm sürməkdədir:

“Mən inanmıram ki, bu seçkilərdə də partiyanın idarəetmə strukturunda dəyişmələrə, gəncləşmə siyasəti aparılmasına inanmıram. Buna görə də bu qurultaydan da nəsə gözləməyə dəyməz”.

Geri qayıt