Əsas Səhifə > Partiya, Güney Press > “Ştefan Füle QHT-lərlə qapalı görüş keçirərkən şəffaflıq barədə fikir bildirməyi unudub”
“Ştefan Füle QHT-lərlə qapalı görüş keçirərkən şəffaflıq barədə fikir bildirməyi unudub”9-09-2014, 12:16 |
“İstər QHT təmsilçiləri, istər media nümayəndələri, istərsə də partiyaların nümayəndələri ilə xarici ölkə nümayəndələrinin gizli görüş keçirməsi faktiki olaraq dünyanın heç bir ölkəsində mövcud deyil”. Sözügedən fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli bugünlərdə Avropa İttifaqı (Aİ) Genişlənmə və Qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Fülenin müxalifətyönlü QHT rəhbərləri ilə qapalı görüş keçirməsinə münasibətini bildirərkən deyib. Elçin Mirzəbəyli həmçinin qeyd edib ki, əgər eyni yanaşma tərzi Avropa ölkələrini birində ortaya çıxsaydı, o zaman çox şübhəsiz ki, həmin ölkələrin dövlət təhlükəsizlik orqanları bu məsələ ilə bağlı ciddi araşdırmaya başlayardılar: “Bu kimi məsələlərdə şəffaflıq ən birinci əsas olmalıdır. Maraqlıdır ki, bütün məsələlərdə şəffaflıq tələb edən və bu iddialarla çıxış edən beynəlxalq təşkilatların təmsilçiləri, o cümlədən Avropa İttifaqının nümayəndəsi Ştefan Füle nədənsə radikal düşərgə ilə, bu düşərgəyə yaxınlığı ilə seçilən QHT-lərlə, eyni zamanda media nümayəndələri ilə əməkdaşlıq edəndə və bunlara vəsaitlər ayrılanda şəffaflıq barədə danışmağı unudurlar: “Bu isə çox şübhəsiz ki, ikili standartlardan xəbər verir, eyni zamanda ciddi şübhələr yaradır. Düşünürəm ki, əgər belə bir vəsait ayrılacaqsa, o vəsaitin xərclənməsi üzərində dövlətin müvafiq qurumları ciddi nəzarət həyata keçirməlidirlər”. Politoloq Aİ rəsmisi Ştefan Fülenin qapalı görüş keçirdiyi QHT-lərin fəaliyyətinə “heyran olması”ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib: “Düzü, bunun nədən qaynaqlandığını deyə bilmirəm. Görünür, bu heyranlıq həmin QHT-lərin Azərbaycanın milli-dövlətçilik maraqlarına zidd fəaliyyəti ilə bağlıdır. Çünki onlar nə qədər buradan əsassız donoslar yazırlarsa, bir o qədər də beynəlxalq təşkilatların, xüsusilə, erməni lobbisi ilə yaxınlıq edən təşkilatların nümayəndələrinin Azərbaycana təzyiq etmək imkanları artır. Nəticədə Ştefan Füle və onun kimiləri sözügedən QHT-lərin fəaliyyətlərinə “heyran olurlar”. Belə olduğu zaman həmin avropalı siyasətçilər, eyni zamanda buradakı QHT-lər erməni sponsorları vasitəsilə daha çox qazanc əldə edirlər”. Xatırladaq ki, Ştefan Füle Aİ-nin Azərbaycan müxalifətinə və müxalifətə yaxınlığı ilə seçilən QHT 3 milyon avro vəsait ayırmağa qərar verdiyini açıqlayıb. Geri qayıt |