Əsas Səhifə > Partiya, Güney Press > Arif Hacılı Müsavat başqanı olacağı təqdirdə bunları edəcək...
Arif Hacılı Müsavat başqanı olacağı təqdirdə bunları edəcək...10-09-2014, 11:04 |
Müsavat Partiyası başqanlığına namizəd Arif Hacılı seçki platformasını təqdim edib. “Musavat.com”un məlumatına görə, Arif Hacılı üzərinə bu öhdəlikləri götürür: 1. Azərbaycanın müstəqilliyinin dönməzliyi, demokratik inkişafı, ərazi bütövlüyü, vahidliyi və firavanlığı uğrunda mübarizə aparmaq. 2. Müsavatçılığın təməl prinsiplərinə daim əməl etmək. 3. Müsavat Partiyasının qəbul etdiyi ideoloji-siyasi xətti davam etdirmək və dövrün tələblərinə uyğun olaraq inkişaf etdirmək. 4. Liberal demokratik milli məfkurəni əks etdirən Rəsulzadə-Elçibəy yoluna sadiq qalmaq. 5. Azərbaycanın Avroatlantik məkana inteqrasiyası üçün səyləri artırmaq. 6. Demokratik cəmiyyət quruculuğu, o cümlədən söz, vicdan azadlığı, azad seçki, bərabərhüquqlu siyasi rəqabət şəraiti və digər hüquq və azadlıqlar uğrunda mübarizəni gücləndirmək. 7. Partiyanın milli təsanüd prinsipinə əsasən fərqli sosial qruplar, konfessiyalar, ideoloji-siyasi dünyagörüşləri arasında uzlaşmaya nail olmağa çalışmaq. 8. Azərbaycanın demokratik inkişafı uğrunda fəaliyyət göstərən siyasi partiyalarla, ictimai birliklərlə müttəfiqlik münasibətlərinin qurulmasına daim səy göstərmək. 9. Bütün ictimai və siyasi təşkilatlarla müsavatçılığın təməl prinsiplərinə zidd olmayan məsələlərdə funksional əməkdaşlığa açıq olmaq. 10. Azərbaycanın milli mənafelərinə, o cümlədən Qarabağ probleminin həllinə aid məsələlərdə bütün siyasi qüvvələrlə əməkdaşlıq etmək. 11. Dövlət quruculuğu sahəsində partiyanın proqram və layihələrini təkmilləşdirmək, yeni layihələrin hazırlanmasını təmin etmək. 12. Partiya quruculuğu məsələlərində demokratik prinsiplərə əməl etməklə yanaşı azlığın hüququnun tanınmasını təmin etməyin zəruriliyini qəbul etmək. 13. Plüralizmin və şəxsi təşəbbüsün inkişafına şərait yaratmaq. 14. Partiyadaxili nizam-intizam qaydalarına əməl olunmasını təmin etmək. 15. Partiyanın resurslarının artırılması, maddi texniki bazasının möhkəmləndirilməsinə nail olmaq. 16. Partiyanın dinamik fəaliyyətini təmin etmək üçün çevik icra strukturları və icra mexanizmləri yaratmaq. 17. Partiyanın ictimai əlaqələrini təkmilləşdirmək, mətbuat, xarici əlaqələr və digər sahələrdə fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə yeni siyasi, innovativ metod və texnologiyalardan istifadə etmək. 18. Partiya sıralarına gənclərin, ziyalıların cəlb olunması üçün fəaliyyət proqramı hazırlayaraq həyata keçirmək. 19. Partiyanın xarici əlaqələrini genişləndirmək, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna və s. ölkələrdə olan müttəfiqlərlə, Müsavatın üzv olduğu Avropa Liberal Demokratik İttifaqına daxil olan müttəfiq partiyalarla, beynəlxalq təşkilatlarla münasibətlərin səmərəliliyini artırmaq üçün səyləri artırmaq. 20. 2015-ci il parlament seçkisində partiyanın əvvəlki təsir imkanlarının bərpa olunmasına nail olmaq. 21. 2018-ci prezident seçkisində partiyanın hakimiyyətə gəlməsini təmin etmək üçün “xalqla bütünləşmə” siyasətini həyata keçirmək. 22. Başqan seçkisinin nəticələrindən asılı olmayaraq Müsavat Partiyası sıralarında siyasi fəaliyyəti sonadək davam etdirmək. Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayında yeni başqan seçiləcək. Sentyabrın 8-də Arif Hacılı Mərkəzi İcra Aparatının rəhbəri, Müsavat başqanının təşkilat məsələləri üzrə müavini postlarından, Divan və Məclis üzvlüyündən istefa verərək başqanlıq yarışına qoşulub. Arif Hacılı 1962-ci ildə Zaqatalanın Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan xalq hərəkatının öncül şəxslərindən biridir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri, 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə dövlət müşaviri postunu tutub. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə olub. Geri qayıt |