Əsas Səhifə > Partiya, Güney Press > “Müsavat Partiyası restoranlarla danışıqları davam edir”

“Müsavat Partiyası restoranlarla danışıqları davam edir”


16-09-2014, 11:47
“Müsavat Partiyası restoranlarla danışıqları davam edir”
Müsavat Partiyasında dünən Divan və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib.

Partiyanın başqan müavini Gülağa Aslanlının Hafta.az-a verdiyi məlumata görə, iclasda əsas müzakirə olunan mövzu qurultayın keçiriləcəyi məkanla bağlı olub:

“İclasda yerlə bağlı ilkin razılaşma əldə olundu. Bu ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərifindən bizə təklif olunan mədəniyyət evinin rəhbərliyinin şərtləri dəqiqləşdirilsin. Eyni zamanda Şadlıq sarayları ilə aparılan danışıqlar davam etdirilsin. Proqrama dəyişiklik barəsində isə sabah nəzərdə tutulan toplantıda müzakirələr edəcəyik”.

Qeyd edək ki, Müsavat Partiyası 27 sentyabr tarixində qurultay keçirmək niyyətindədir. Partiyanın başqanlığına bu günə qədər rəsmi qeydiyyatdan keçmiş şəxslər, Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoydur.

Geri qayıt