Əsas Səhifə > Partiya, Güney Press > “AXCP üzvü olan bir xanım “Müsavat” mövqeyinə zidd danışıb”
“AXCP üzvü olan bir xanım “Müsavat” mövqeyinə zidd danışıb”20-09-2014, 11:36 |
Bu gün Müsavat Partiyasının başqanlığına namizəd olan Tural Abbaslı ADP qərargahında gənclərlə görüş keçirəcək. Görüşün “Müsavat”da deyil, ADP-də keçirilməsi isə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə deyilənlərə görə, T.Abbaslının son toplantısında AXCP üzvü Müsavat Partiyasının rəhbər şəxslərinə təhqiredici sözlər səsləndirib. Bu isə rəhbər şəxsləri narahat edib. Məsələ ilə bağlı Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının münasibətini öyrəndik. Hafta.az-a açıqlamasında Gülağa Aslanlı bu faktı təsdiqləyib: “Müsavat Partiyasında keçirilən tədbirdə AXCP üzvü olan bir xanım çıxış edib. O, "Müsavat"ın mövqeyinə zidd fikirlər səsləndirib. Tural Abbaslının növbəti görüşünün bu səbəbdən ADP-də keçirilməsi ilə bağlı heç bir fikir söyləyə bilmərəm”. G.Aslanlı Tural Abbaslının ADP-də görüş keçirməsinə də münasibətini bildirib: “Namizədlərin qurultay nümayəndələri, yaxud da digər şəxslərlə harada görüş keçirməsi onların öz səlahiyyətləri daxilindədir. Bu baxımdan bizim qəbul etdiyimiz sənədlərə zidd olan heç bir hal yoxdur”. Qeyd edək ki, Tural Abbaslının gənclərlə görüşü bu gün saat 16:00-da ADP qərargahında keçiriləcək. Geri qayıt |