Əsas Səhifə > Partiya, Güney Press > Mövsüm Səmədov yeni köçürüldüyü həbsxanada aclığa başlayıb
Mövsüm Səmədov yeni köçürüldüyü həbsxanada aclığa başlayıb22-09-2014, 14:53 |
"İslamazeri.az"a AİP lideri Mövsüm Səmədovun yenicə köçürüldüyü 12 saylı CÇM-də karsa salındığı və buna etiraz olaraq aclıq aksiyasına başladığı barədə informasiya daxil olub. 12 il həbsə məhkum edilmiş AİP liderinin ailəsi Azərbaycanda olmadığından məlumatı ailəsi ilə dəqiqləşdirə bilmədik. Məlumatı dəqiqləşdirmək üçün Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, hadisədən xəbərdardır: “Mənbəsi dəqiqdir. Amma mən ona istinad edib deyə bilmərəm. Belə bir məlumatı mən də eşitmişəm. Dəqiqləşdirməyə çalışıram.” Ədliyyə Nazirliyinin penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, “Mövsüm Səmədovun yerinin dəyişdirilməsi məsələsi ilə bağlı bildiririk ki, məhkumun yerdəyişdirilməsi, onun barəsində təsdiq olunan tənbeh tədbirləri ilə bağlı pentensiar xidmət cəzanı icra edən orqan olaraq məlumat vermək hüququna malik deyil. Cəza icra məcəlləsinin 16-cı maddəsi bunu birbaşa qadağan edir. Bu xəbərlər məhkumun özünün razılığı ilə onun yaxın ailə üzvlərinə və vəkilinə bildirilir.” Geri qayıt |