Əsas Səhifə > Partiya, Güney Press > Müsavat başqanlığına namizəd hakimiyyətə necə gələcəyini açıqladı

Müsavat başqanlığına namizəd hakimiyyətə necə gələcəyini açıqladı


24-09-2014, 11:01
Müsavat başqanlığına namizəd hakimiyyətə necə gələcəyini açıqladı
Müsavat Partiyası başqanlığına namizəd Səxavət Əlisoy partiyanın ziyalılarına müraciət edib.“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Əlisoy bu barədə özünün facebook hesabında yazıb.

O bildirib ki, Azərbaycanın siyasi həyatında Müsavat yeni bir ilkə imza atıb: “Partiya alternativ əsaslarla seçkiyə gedir. Hər biriniz hansı namizədə səs verəcəyinizi yəqin ki, müəyyən edibsiniz. Bir daha götür-qoy etmənizə zaman var. Nədən ki, seçiminiz partiyanın formalaşmasında önəmli rol oynayacaq. Fikrimcə, diqqətlə təhlil etsəniz, partiyanın iki yolunun olduğu aydın görünər:

1. Partiya dünyanın hər hansı bir ölkəsində baş verən inqilabdan bəhrələnərək icazəli, icazəsiz aksiyalara üstünlük verir, populist şüarlar səsləndirərək ictimai rəyə təsir etmək istəyir, gücünə adekvat olmayan tərzdə tələblər irəli sürür, partiyada avtoritarizm çiçəklənir və s.

2. Partiya təkamül yolunu tutaraq islahatlara gedir. Bütün məsələlərin hüquqi müstəvidə həlli üçün fəaliyyət göstərir. Hər türlü inqilabi çağırışlardan və populizmdən biryolluq imtina edir. Qərarlar yalnız bir-iki şəxsin iradəsindən asılı olmur. Partiya gücünə adekvat addımlar atır.

Mən 2-ci yolu məqbul sayıram. Nədən ki, mübarizəni yalnız bu yolla davam edəcəyi halda uğur gətirəcəyinə inanıram”.

Qeyd edək ki, Müsavat Partiyası qurultayı sentyabrın 27-ə təyin edib.

Geri qayıt