Əsas Səhifə > Partiya, Güney Press > Müsavat başqan seçkilərini kənar müşahidəsiz keçirir

Müsavat başqan seçkilərini kənar müşahidəsiz keçirir


27-09-2014, 11:07
Müsavat başqan seçkilərini kənar müşahidəsiz keçirir
Müsavat partiyasının bu gün baş tutacaq qurultayında müxalifət partiyalarının liderlərinin iştirak edəcəyi gözlənilsə də onların demək olar ki, heç biri qurultaya dəvət olunmayıb.

Azərbaycan Demorkat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavatın qurultayında iştirak etmək istəsə də dəvət olunmadığını bildirib:

“Müsavat deyəsən çox məhdud sayda insanın iştirakı ilə qurultay keçirəcək. Özlərinin dediyinə görə, yerlərin sayı məhduddur. Mən özüm də maraqlı idim ki, qurultayda iştirak edim, İsa bəyə dedim, dedi ki, baxarıq. Bu gün dəqiqləşməli idi, hələ ki, dəvət yoxdur”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da bildirib ki, onlara Müsavatdan dəvət gəlməyib: “Onların haqqıdır, özləri bilər. Qurultaya uğurlar arzu edirəm”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də qurultaya dəvət almayıb. Deputat ölkə xaricində olduğundan qurultayda onsuz da iştirak edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, Müsavatın quruıtayına müxaliftə düşərgəsindən heç kim dəvət edilməyib.

Geri qayıt