Əsas Səhifə > Partiya, Güney Press > "Mənim başqanım Qubad İbadoğludur" - �?lövsət Talışxanlı
"Mənim başqanım Qubad İbadoğludur" - �?lövsət Talışxanlı30-09-2014, 09:46 |
"Mən seçkinin nəticələrini tanımıram və hesab edirəm ki, o ləğv olunmalıdır. Çünki əvvəldən nizamnamə tələblərinə əməl edilməyib. Rayon təşkilatlarında keçirilən konfranslardan, yığıncaqlardan tutmuş, birtətəfli qaydada, qanun pozuntuları baş verib. Ona görə də, biz indi həmin pozuntuları cəmləşdirib fikrimizi bildirəcəyik". Bunu Aktual.az-a Mərkəzi Nəzarət Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı deyib. O, Arif Hacılını başqan kimi tanımadıqlarını da bildirib: "Biri var, seçki siyasətini nizamnaməyə uyğun formalaşdırasan, biri də var ki, nizamnaməni öz siyasətinə uyğunlaşdırasan. Bunlar qanunu öz xeyirlərinə uyğun tərtib etdilər. Buna görə mən və tərəfdarlarım onu başqan kimi tanımırıq. Ə. Talışxanlı səbəb kimi seçkiyə qədər baş verən qanun pozuntlarını göstərib: “Qaldı partiyadan gedib-getməmək məsələsinə, bu barədə yekun qərarımı 2-3 günə açıqlayacam. Amma indi meydanı tək qoymaq istəmirik. MNTK-nın üzvü kimi, mən 92-ci ildə bu səlahiyyətə malik idim. Elə buna görə də, partiya daxilində məni yaxşı tanıyırlar. Təsəvvür edin, mən Məclisə keçmirəm, amma hansısa tanınmamış sima keçir. Onu da qeyd edim ki, mənimçün başqan Qubad İbadoğludur". Geri qayıt |