Əsas Səhifə > Partiya, Güney Press > Arif Hacılı istefa verməlidir - Müsavatda çaxnaşma

Arif Hacılı istefa verməlidir - Müsavatda çaxnaşma


1-10-2014, 11:55
Arif Hacılı istefa verməlidir - Müsavatda çaxnaşma
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiyanın yeni sədri seçilən Arif Hacılını istefaya səsləyib.

AzVision.az xəbər verir ki, bu barədə o, Facebook hesabında yazıb. Səxavət Əlisoy qurultayda namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürsə də seçkinin nəticələrindən razı qalmayıb:

“Müsavat Partiyasının təməl prinsiplərindən biri də ləyaqətdir. Qurultaydan narazı olan müsavatçılar iddia edir ki, əksər rayonlarda qurultay nümayəndələri sizin tərəfinizdən ciddi nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Sizə ( Arif Hacılıya) sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. ( MNTK-dan Ə. Talışxanlı və digərləri sabah bu rayonların adını açıqlayacaq)”.

Daha 6 bənddə narazı qaldığı məqamları qeyd edən S.Əlisoy onu da vurğulıayıb ki, İsa Qəmbərin adından istifadə olunub: “Qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerləri " İsa Qəmbərin mövqeyi Arif Hacılıdır" deyə qurultay nümayəndələrinə xəbərdarlıq etdikləri nə dərəcədə nizamnəmayə uyğun idi?”

S.Əlisoy partiya başqanı Arif Hacılını “seçkiyə haram qatmaq”da ittiham edib:

“İndi sizə sözüm var. Əgər bizi ( şəxsən məni) bu iddialara görə ittiham edirsinizsə, şərəfiniz və namusunuz üzərə and için ki, deyilənlərin heç biri ilə razı deyilik. Əgər içinizdə biri çıxıb desə ki, qərəzlisən, və onu sübut etsə üzr istəməyə hazıram. Ən azı 7 iddiadan 3-nü qəbul edirsinizsə Müsavat Partiyasının ləyaqət prinsipini əsas götürüb ya üzr istəyin, ya da seçkiyə haram qatdığınız üçün istefa verin. Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil”.

Geri qayıt