Əsas Səhifə > Partiya, Güney Press > “Pozuntulara dair arayışda qoyulan məsələlər araşdırma başlamadan artıq İsa Qəmbər tərəfindən şübhə altına alınıb”

“Pozuntulara dair arayışda qoyulan məsələlər araşdırma başlamadan artıq İsa Qəmbər tərəfindən şübhə altına alınıb”


15-10-2014, 11:15
“Pozuntulara dair arayışda qoyulan məsələlər araşdırma başlamadan artıq İsa Qəmbər tərəfindən şübhə altına alınıb”
“Baxmayaraq ki, təqdim olunan arayışda qoyulan məsələlər artıq İsa Qəmbər tərəfindən araşdırma başlamadan əvvəl şübhə altına alınıb, lakin biz müraciətimizə rəsmi cavabı gözləyirik”.

APA-nın məlumatına görə, bunu Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Q. İbadoğlu İsa Qəmbərin partiya Məclisinin son iclasında qoyduğu sualların hər birinə aydın və faktlara söykənən cavabları olduğunu bəyan edib: “Onlardan birini indi açıqlayıram. Mən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin mövcud tərkibinə etiraz əlaməti olaraq səsvermələrdə iştirak etməməklə, onun legitimliyini bir neçə iclas ərzində tanımamışam. Sonradan gərginlik yaratmamaq üçün kompromisə gedərək, müzakirələrdə və səsvermədə iştirak etmək qərarını vermişəm. Digərlərinə gəlincə, "Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair Arayış"da qoyulan məsələlərə partiyanın müvafiq strukturlarından cavab alandan sonra onların da hər birinə dair mövqeyimizi açıqlayacağıq”.

Geri qayıt