Əsas Səhifə > Partiya, Güney Press > "Müsavatda mənə qarşı haqsızlıq edilir, rəhbərlik göz yumur"
"Müsavatda mənə qarşı haqsızlıq edilir, rəhbərlik göz yumur"15-10-2014, 12:08 |
“Müsavatda mənə qarşı haqsızlıq edilir, rəhbərlik göz yumur, buna şərait yaradanlar isə kənara çəkiliblər”. Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli bildirib. Müsavatın yeni başqanı Arif Hacılının ona qarşı təzyiq etdiyini deyən E.Məmmədli İsa Qəmbərin partiyada daxilindəki qarşıdurmalardan boyun qaçırdığını deyib. “Arif Hacılı mənə təzyiq göstərdir, sonra da deyir ki, mənim bunların heç birindən xəbərim yoxdur. İsa Qəmbər də birbaşa müdaxilədən boyun qaçırıb, bildirib ki, baxarsız, istəsəz rəsmi şikayət edərsiz və s”. İsa Qəmbərin özü ilə görüşməyinə gəlincə isə E.Məmmədli onunla görüşmədiyini qeyd edib. “İsa Qəmbərə bu barədə heç nə deməmişəm. O, özünün başqan olmadığını elan edərək görüşə meyil göstərməyib. Onu görüşə maraqlı olan adam kimi qəbul etmirəm. Mənə elə gəlir ki, o özü facebook səhifəsindən hamını izləyir. Amma əvvəllər də öz fikrimi söyləsəm də deyib ki, bilmirəm, bundan özünüz çıxış yolu tapın, öz yerinizdə sərbəstsiniz və s”. E.Məmmədli daha sonra Müsavatdakı istefalardan söz açıb. Vurğulayıb ki, Arif Hacılının Facebookdakı gizli qrupunun aşkarlanması həmin gəncləri sındırdı: “Gənclərin istefasına çox üzülürəm və düşünürəm ki, artıq onun qarşısını almaq üçün gecdir. Onlar müstəqil düşünən gənclərdir və ona görə də təsir etmək mümkün deyil. Hər biri ilə ayrılıqda söhbət etmişəm, deyirlər ki, bura sərf etdiyimiz enerjini gələcəyimizə sərf etsək daha yaxşı olar. Tarixi şəxsiyyət olmaq üçün tarixi yazanlarlı öz yolundan kənarlaşdırmaq heç kimə baş ucalığl gətirmir. Arif Hacılının gizli qrupunun aşkarlanması o uşaqları tamamilə sındırdı. Həmin qrupun başında duranlar – Azər İsamyıl, Cahangir Əmirxanlı vəzifə aldılar, Arif Hacılının müşaviri oldular. İstefa verən gənclər də böyük haqsızlıqla üzləşdiklərini gördülər”. Geri qayıt |