Əsas Səhifə > Partiya, Güney Press > "Nə zamandan Azərbaycan əraziləri neytral zona oldu?"

"Nə zamandan Azərbaycan əraziləri neytral zona oldu?"


20-11-2014, 09:53
"Nə zamandan Azərbaycan əraziləri neytral zona oldu?"
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan ərazisini atəşə tutan Ermənistan Müdafiə Nazirliyinə məxsus helikopterin məhv edilməsi ilə bağlı bəyanat veriblər.

Həmsədrlər öz bəyanatları ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxaraq ölkəmizin işğal altında olan ərazilərini neytral zona adlandırıblar. Məsələyə Milli Məclisin daha bir deputatı Adil Əliyev etiraz edib. dia-az.life xəbər verir ki, millət vəkili Modern.az saytına bildirib ki, Azərbaycan torpaqlarının neytral zona adlandırılması heç bir hüquqi əsasa sığmır: “Bu necə ola bilər. Həmsədrlər təmsil etdikləri dövlətlərin adından danışırlarsa, Amerika Birləşmiş Ştatları da, Rusiya da, Fransa da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə görünür ki, burada kəskin paradoks var. Minsk Qrupunun həmsədrlərinin bu bəyanatı məndə böyük təəssüf hissi duğurdu. Nə zamandan Azərbaycan əraziləri neytral zona oldu. Ən azından həmsədrlər bəyanat verərkən müvəqqəti neytral zona ifadəsini işlətməli idilər”.

Deputat diqqəti 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsusu helikopterin erməni silahlı quldurları tərəfindən vurulmasına çəkərək qeyd edib ki, həmin hadisə zamanı 22 nəfərin həyatına son qoyulub ki, onların da əksəriyyəti Azərbaycanın dövlət adamları, nazirlər olub: “Düzdür, hələ o zaman ATƏT-in Minsk Qrupu yox idi. Amma insan faciəsi ki, var. Bir müqayisə aparsınlar. Biz həmsədrlərdən ikili standartlara son verilməsini tələb edirik”.

Geri qayıt