Əsas Səhifə > Partiya, Güney Press > Keçmiş baş prokurordan siyasi dialoq açıqlaması...

Keçmiş baş prokurordan siyasi dialoq açıqlaması...


25-11-2014, 09:19
Keçmiş baş prokurordan siyasi dialoq açıqlaması...
Milli Konqres Partiyası necə, hakimiyyətlə siyasi dialoqun baş tutacağına ümid edirmi və Sizin partiya bu prosesdə iştirak etməkdə maraqlıdırmı?

Moderator.az bu sualla keçmiş baş prokuror, Milli Konqres Partiyasının sədri İxtiyar Şirinə müraciət edib və aşağıdakı cavabı alıb:

"Dialoqda hakimiyyətin özünün seçdiyi müxalifət partiyaları iştirak edəcək. Ona görə MKP-nın dialoqda iştirak edib-etməyəcəyini deyə bilmərəm. Lakin vacib olan bu dialoqda iştirak etmək deyil. Bizim üçün vacib olan bu dialoqun mümkün olması, habelə bu dialoqun Azərbaycanın demokratiyaya keçişinə bünövrə olub-olmayacağıdır. Ona görə də diqqətlə izləyəcəyik prosesi."

Əgər bu proses baş tutsa, növbəti mərhələdə partiyanız bu prosesə qoşula bilərmi?Hansı şərtlər daxilində bu prosesə qoşula bilərsiniz?

Keçmiş baş prokuror hesab edir ki, zərurət olacağı təqdirdə təkliflərini də verəcəklər:

"Əgər zərurət olarsa təkliflərimizi də verəcəyik. Çünki bu, dialoqda iştirak edən partiyaların deyil, bütün Azərbaycanın taleyini həll edəcək məsələdir. Orada bütün partiyaların iştirakı vacib deyil. Hansı partiyalar dialoqda iştirak edəcəksə, istər iqtidar partiyası, istərsə də müxalifət partiyası olsun, biz təkliflərimizi onlara verəcəyik."

Geri qayıt