Əsas Səhifə > Partiya, Güney Press > “İmkan verməməliyik ki, Bakını Kiyevin gününə salsınlar”

“İmkan verməməliyik ki, Bakını Kiyevin gününə salsınlar”


25-11-2014, 13:13
“İmkan verməməliyik ki, Bakını Kiyevin gününə salsınlar”
“Qərb demokratiya adı altında postsovet məkanına növbəti hücumunu həyata keçirir. Hər dəfə regionda demokratiya çağırışları gündəmə gələndə, daha neçə-neçə ölkə sosial-iqtisadi fəlakətlə üz-üzə qalır”.

Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib.

Onun sözlərinə görə, regionda münaqişələr Qərbin marağındadır: “Bu yolla Rusiyaya təzyiq etməyə çalışırlar. Qərbin “müdafiə etdiyi” dövlətlərin iqtisadiyyatı zəlil olur, amma Rusiya bir balaca zəifləyəcək deyə, onların məhvinə göz yumurlar. Biz bunu Ukraynanın timsalında aydın gördük. Əslində Ukraynadakı böhranın kökü indiyə yox, 2005-ci ildə həyata keçirilən “məxməri inqilab”a gedib çıxır. Məhz o dövrdən Qərb Ukraynaya “dişini batırıb” və bugünə qədər ölkəni məhvə sürükləməklə məşğuldur. Heç şübhəsiz Ukraynanın taleyi, gələcəyi, vətəndaşlarının rifahı Qərb üçün önəmli deyil. Onlara önəmli olan Rusiyanı zəiflətmək və bu yolla regiona təsir imkanlarını artırmaqdır. Son dövrlər Azərbaycanda da “demokratiya çağırışları”nın sayı artır və bu heç şübhəsiz Qərbin çirkin niyyətlərindən qaynaqlanır. Biz imkan verməmliyik ki, bizi Ukraynanın, ərəb ölkələrinin gününə salsınlar”.

Geri qayıt