Əsas Səhifə > Partiya, Güney Press > "Müsavatdan çıxarılanlar 6 aydan sonra partiyaya qaytarıla bilərlər"
"Müsavatdan çıxarılanlar 6 aydan sonra partiyaya qaytarıla bilərlər"9-12-2014, 14:18 |
Sentyabrın 27-də keçirilən qurultaydan sonra Müsavat Partiyasında başlayan narazılıqlar səngimək bilmir. Arif Hacılının yeni başqan seçilməsindən narazı qalanların bəziləri etirazlarını istefa verməklə bildirir, bəziləri isə partiyadan xaric edilirlər. Maraqlıdır, Müsavat üzvlüyündən istefa verənlər və qovulanlar yenidən partiyaya qaytarıla bilərmi? “Müsavat üzvlüyündən çıxarılanlar və istefa verənlər partiyanın nizamnaməsinə görə yalnız 6 aydan sonra qayıtmaq üçün müraciət edə bilərlər”. Bunu Modern.az-a partiya başqanının müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, 6 aydan sonra onlar ərizə ilə partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət edə bilərlər. Müsavat rəsmisi bildirib ki, komissiyanın təsdiqlədiyi təqdirdə onların müraciətlərinə baxıla bilər. Gülağa Aslanlı rayon təşkilatlarından çıxarılanların da yenidən üzvlüyə qayıtması prosedurundan da danışıb: “Rayon təşkilatlarında MNTK tərəfindən kim çıxarılıbsa, onlar 1 aydan sonra komissiyaya müraciət edə bilərlər. Yekun qərarı yenə MNTK verəcək”. Başqan müavini deyib ki, nizamnaməyə zidd hər hansı hərəkətinə görə çıxarılan şəxslər qərar verilənə qədər üzr istəyib, partiyada qalmaları üçün müraciət etmirlərsə, qərar verildikdən sonra 6 ay gözləməlidirlər. Gülağa Aslanlı qeyd edib ki, partiyaya qayıtmaq istəyənlərin müraciətlərinə baxıla bilər. Onun sözlərinə görə, istefa verənlər və patiyadan kənarlaşdıran şəxslərin 6 ay ərzindəki davranışları yekun qərara təsir edir. Geri qayıt |