Əsas Səhifə > Partiya, Güney Press > “Arif Hacılı həmişə iğtişaş və qarşıdurma tərəfdarı olub”
“Arif Hacılı həmişə iğtişaş və qarşıdurma tərəfdarı olub”19-12-2014, 12:09 |
“Ümumiyyətlə, Müsavat Partiyasının başqanı Arif Hacılı dialoq adamı deyil”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Müsavat Partiyasının başqanı Arif Hacılının iqtidar-müxalifət dialoquna razılıq versə də amma sonradan bundan imtina etməsi məsələsinə münasibət bildirərkən deyib. YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, Arif Hacılı təxminən 1980-ci illərin sonundan ictimai-siyasi həyatda olsa da, bir dəfə də olsun özünü dialoq tərəfdarı kimi göstərməyib. O, həmişə iğtişaş və qarşıdurma tərəfdarı olub. Bu şəxs hər zaman icazə verilməyən, Azərbaycan kökuməti tərəfindən razılaşdırılmayan mitinqlərin önündə gedir və gərginlik yaradan insanlardan biri olub. Bu mənada A. Hacılının Müsavat Partiyasının başqanı seçilməsi ilə partiya daha da radikallaşdırılıb və orada artıq parçalanmalar gedir. Ümumiyyətlə radikal şəxs heç bir dialoqa getmək iqtidarında deyil. Təbii ki, bu, onun da xarakterindən irəli gələn bir məsələdir. Hesab etmirəm ki, yerli və xarici qüvvələr Arif Hacılının iqtidar-müxalifət dialoquna qoşulmasına razılıq verməsinlər. Çünki, daxildə bizim siyasi müxalifətimiz çox zəifdir və onların hər hansı bir təsir imkanları da yoxdur. Ola bilər ki, müxalifətlə əlaqəli olan xarici təşkilatlar Azərbaycanda sabitliyi, vətəndaş həmrəyliyini, siyasi dialoqu istəməyən qüvvələr A. Hacılıya təsir etsin. Nə Müsavatın, nə də AXCP sədri Əli Kərimlinin qrupunun Azərbaycanın ictimai-siyasi həyatında o qədər böyük təsiri olmadığına görə iqtidar-müxalifət dialoqunda da iştirak edib - etməmələrinin bir o qədər əhəmiyyəti yoxdur”. M. Quliyev bildirib ki, bu yaxınlarda Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilən iqtidar-müxalifət dialoqu başlanğıc üçün çox yaxşı bir addım idi ki, burada da uğurlu nəticələr əldə olundu: “Hesab edirəm ki, dialoqa meyilli, ölkədə siyasi sabitliyin qorunmasına töhfə vermək istəyən siyasi qüvvələrlə Yeni Azərbaycan Partiyası həmişə dialoqu davam etdirəcək”. Geri qayıt |