Əsas Səhifə > Partiya, Güney Press > Qubad İbadoğludan müxalifət cəbhəsinə qarşı iradlar
Qubad İbadoğludan müxalifət cəbhəsinə qarşı iradlar20-12-2014, 11:58 |
“AXCP-Müsavat davası”nın müstəvisi dəyişib. Bir zamanlar Əli Kərimlinin müavinləri ilə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında gedən söz savaşına, indi narazı müsavatçıların “başqanı” Qubad İbadoğlu da qarışıb. Hafta.az bildirir ki, Q.İbadoğlu ad çəkməsə də, yenidən qeyd etdiyimiz gərginliklərlə bağlı münasibətini bildirib. O vurğulayıb ki, Azərbaycan siyasətində əxlaq məsələsi getdikcə arxa sıraya keçir: “Ona görə də əxlaqlılarla əxlaqsızlar yarışa girəndə adətən əxlaqlılar uduzurlar. Xalq arasında artıq bu fikir bütləşib ki, əxlaqlı adamın siyasətdə nə işi var. Çox təəssüf ki, vəziyyət bu hala gəlib və əxlaqlı siyasi mübarizə hələ də önə çıxa bilmir. Belə olan halda da məcburuq ki, mübarizəmizin bir hissəsini də siyasətin əxlaqlaşmasına həsr edək. Çünki siyasəti bu bəladan qurtarmayınca, qalibiyyət olmayacaq. Görünən odur ki, yaxın gələcəkdə biz xalqa sadiq, dürüst, yalan danışmayan, ədalətli, əxlaqlı, vədinə xilaf çıxmayan yeni və intellektli siyasətçilər yetişdirməli, o zamana qədər də bu meyarlara cavab verən kiçik bir qrupla işləməli olacağıq”. Qubad İbadoğlunun bu fikirlərinə isə cəbhəçi gənclər cavab verərək, oxşar ittihamları onun özünə qarşı səsləndiriblər. Geri qayıt |