Əsas Səhifə > Partiya, Güney Press > Fərhad Əliyevin Rino Harnişinlə gizli görüşlərinin üstünü kim açıb?

Fərhad Əliyevin Rino Harnişinlə gizli görüşlərinin üstünü kim açıb?


24-12-2014, 10:40
Fərhad Əliyevin Rino Harnişinlə gizli görüşlərinin üstünü kim açıb?
“Bu məsləni ilk dəfə 2005-ci ildə mən özüm qaldırmışam”

Bunu Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev ABŞ-Azərbaycan münasibətlərinə dair məqalə 2005-ci ildə də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişinin rəhbərliyi ilə ölkədə dövlət çevrilişinə cəhd göstərilməsində keçmiş iqtisad naziri Fərhad Əliyevin adının hallanması məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, hələ o zaman Hafiz Hacıyev Fərhad Əliyevin Rino Harnişinlə gizli görüşlərinin üstü açıb:

“Əgər xatirinizdədirsə, hələ o zaman mən “Fərhad Əliyevin Rino Harnişinlə gizli görüşlərinin üstü açmışdım. O zaman ABŞ dan gələn bir qurup diplomatlar iddia edirdilər ki, onlar Fərhad Əliyevi daha islahatçı bir prezident kimi görürdüklərini deyidilər. Eyni zamanda həmin dövrlərdə fərhad Əliyev Qəmbərov İsa və Kərimov Əli ilə də gizli görüşlər aparırdı. O zaman bu məsələni mən açdım və həqiqətə də uyğun idi. əgər o zaman onun qarşısı alınmasaydı dövlət çevrilişi olacaqdı. Bu proqram bu gün də işlək vəziyyətdədir. Həmin adamlar bu gün xaricdədirlər, lakin yenə də eyni mövqedə çalışırlar . Bir də qeyd edim ki, həmin adamlar Həsənov Cəmil ilə sıx münasibətləri var. Burada Cəmil Həsənli ilə görüşə bilməyən Fərhad Əliyev, onunla görüşmək üçün xaricə gedib. Bu gün hakimiyyətdən qovulmuş və hakimiyyətdən narazı olanlar xarici dairələrlə birgə Azərbaycandakı hakim dairəni devritməyin yollarını axtarırlar”.
pia.az

Geri qayıt