Əsas Səhifə > Partiya, Güney Press > “ABŞ onun yanında olmayanları “demokratiya dəyənəyi” ilə vurur”
“ABŞ onun yanında olmayanları “demokratiya dəyənəyi” ilə vurur”25-12-2014, 10:11 |
Demokratiyadan danışan ABŞ demokratik dəyərləri dəyənəyə çevirib. Kim ki, onun dediyini təkrarlamadı, ağa qara demədi, həmin dəyənəyi onun başına vurur”. Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə söyləyib. Onun sözlərinə görə, Amerika dünyada xaos yaratmaqla, öz hegemonluğunu qorumağa çalışır: “İstər Avropaya, istər ərəb dövlətlərinə, istərsə də postsovet məkanına münasibətdə biz bunu aydın görürük. Guya Amerikaya Ukraynada demokratiya lazımdır? Əlbəttə ki, yox. Sadəcə Ukraynada aranı qatıb, milləti ac, zəlil gününə qoymaqla, Rusiyaya qarşı açıq savaşa keçdilər. Rusiyaya görə, Avropa böyük iqtisadi itkilər yaşadı. Qabaqlar ABŞ rəsmiləri bunu daha sivil qaydada edirdilər. Hazırda isə “qırmızı xətti” keçiblər. Açıq şəkildə dünyanı, müstəqil dövlətləri təhdid etməklə məşğuldurlar. Azərbaycana qarşı təzyiqlər də bu qəbildəndir. İstəyirlər ki, bizi də öz toruna salsınlar. Bəzi müxalifət liderləri, QHT-lər və mətbuat orqanları onlardan aldıqları qrantlar müqabilində, saxta rəy və görüntü yaradırlar. Başa düşmürlər ki, Azərbaycan hər şeydən əvvəl müstəqil dövlətdir və bizi ABŞ-a bağlamaq istəyənlər həm də müstəqilliyimizə qarşı çıxırlar”. Geri qayıt |