Əsas Səhifə > Partiya, Güney Press > "Adam var ki, yaltaqlıq onun genindədir"

"Adam var ki, yaltaqlıq onun genindədir"


26-12-2014, 11:59
"Adam var ki, yaltaqlıq onun genindədir"
“Məncə, yaltaqlıq xəstəlikdir və bunun bir neçə növü var. Burada həm irsi vəziyyətlə əlaqədar olaraq yanaşmalar var, yaltaqlığın həm də asılılıq vəziyyətlərlə bağlı olan formaları mövcuddur. Bu, müxtəlif formada təzahür edir. Adam var ki, yaltaqlıq onun genindədir. Buna görə də hansı qanunu qəbul edirsən et, ona xeyri yoxdur. Digər hallarda isə müxtəlif adamlar bu formadan istifadə edir”.

dia-az.life xəbər verir ki, bunu modern.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib. Deputat qeyd edib ki, ümumilikdə, Şərq ölkələrində yaltaqlıq “peşəsi”nin tarixi çox qədimdir. “İbtidai icma quruluşundan başlamış üzü bu tərəfə proses gedir. Və bu, qarşısıalınmaz haldır. O baxımdan güman etmirəm ki, hansısa qanunla yaltaqlığı tənzimləmək, forma və metodlarını göstərmək mümkün olsun”.

Geri qayıt