Əsas Səhifə > Partiya, Güney Press > Lalə Şövkət deputatlığa namizəd ola bilər

Lalə Şövkət deputatlığa namizəd ola bilər


6-01-2015, 14:00
Lalə Şövkət deputatlığa namizəd ola bilər
“2015-ci ilin noyabrında Azərbaycanda növbəti deputat təyinatları olacaq. Biz də seçkilərə bu təyinata uyğun hazırlaşırıq”.

Bunu Modern.az saytına Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib. Onun iddiasına görə, bu il deputat təyinatları bələdiyyə seçkilərindəkindən daha eybəcər, tənqidəlayiq keçiriləcək.

Əvəz Temirxan Liberal Partiyanın lideri Lalə Şövkətin seçkilərdə iştirakına da münasibət bildirib:

“Hazırda bu barədə konkret fikir deyə bilmərəm. Amma proporsional seçki sistemi bərpa olunarsa, Lalə Şövkət seçkidə iştirak edə bilər. Onun deputatlığa namizədliyi yalnız bu şəraitdə irəli sürülə bilər”.

Geri qayıt