Əsas Səhifə > Partiya, Güney Press > Arif Hacılının yalanı - müsavatçılar necə aldadıldı?

Arif Hacılının yalanı - müsavatçılar necə aldadıldı?


8-01-2015, 11:24
Arif Hacılının yalanı - müsavatçılar necə aldadıldı?
Arif Hacılı Müsavat başqanı seçiləndən indiyədək onun ətrafında narazılıqlar səngimək bilmir. Onun başqan seçilməsindən sonra partiyada parçalanma xaosu yaşandı. Müsavatın Hikmət Hacızadə, Nəsib Nəsibli, Səxavət Əlisoy, Əlövsət Talışxanlı kimi tanınmış simalarının partiya sıralarından uzaqlaşması geniş müzakirələrə yol açmışdı.

Partiyadan gedənlərin tək etirazı İsa Qəmbər və onun sevimli kadrı Arif Hacılıya yönəlmişdi. Bütün bu etirazlardan, narazılıqlardan sonra Arif Hacılı ilə bağlı daha bir ilginc məlumat yayılıb.

Müsavatdakı mənbədən AzVision.az-a verilən məlumata görə, A.Hacılı bir neçə partiya üzvünə söz verərək onları Müsavatda rəhbər vəzifəyə təyin edəcəyinə əmin edib. Belə ki, A.Hacılı partiya sədri seçilmək üçün bir neçə nəfərə eyni vaxtda Məclis Sədrliyi vəzifəni və başqan müavini vəzifəsini söz verib. Hacılının qurultaydan əvvəl verdiyi vədə əməl etməməsi partiyada etirazlara səbəb olub.
A.Hacılının vəzifə söz verdiyi Müsavatçılardan biri də Sabir Məmmədlidir. Onun facebook statuslarını izləsəniz görərsiniz ki, Arif Hacılıyla bağlı mövqeyi kəskin dəyişib. Onunla görüşənə qədər Məclis sədrliyinə namizəd idi və bu görüşdən sonra partiya sədrinə düşmən kəsildi.

Nüşabə Sadıxlının Məclis sədrliyinə seçilməsində də A.Hacılının xüsusi “əməyi” olub. Etirazçı müsavatçılar hesab edirlər ki, N.Sadıxlının siyasi potensialı Məclis sədrliyi üçün kifayət etmir.

Onun Məclisə sədr seçilməyi də Hacılının proseslərə müdaxilə edə bilməməsi üçün lazım idi.

Məclisə sədr seçksinə Arif Hacılının təsir etdiyini deyən mənbə vurğulayıb ki, hazırda başqanın tərəfdarları arasında da qruplaşma mövcuddur.

“Qrup anlayışı var və bu günkü Məclisdə səs çoxluğu onun tərəfdarlarındadır. Qurultayda da, rayon təşkilat sədrlərinin yarısını da belə seçdirdir”.

Partiyanın keçmiş başqanı İsa Qəmbərin partiya daxilindəki intriqalara münasibətinə gəlincə isə onun heç bir reaksiya vermədiyi bildirilir:

“Reaksiya versəydi bu olaylar başdan olmazdı. Hamı özünün düz olduğunu və atdığı addımların da xeyirli olduğunu düşünür. İllər keçdikcə "xalqın gözü tərəzidir" ifadəsinin nə qədər doğru olduğu sübut olunur”.

Geri qayıt