Əsas Səhifə > Partiya, Güney Press > Qurban Məmmədov Sərdar Cəlaloğlu haqda bunları danışdı...
Qurban Məmmədov Sərdar Cəlaloğlu haqda bunları danışdı...10-01-2015, 10:07 |
Bu yaxınlarda əfv sərəncamı ilə azadlığa çıxmış tanınmış hüquqşünas, Mİlli Şuranın üzvü Qurban Məmmədov ADP sədri olan qardaşı Sərdar Cəlaloğlu ilə münasibətlərindən danışıb. Modern.az-ın məlumatına görə, Q.Məmmədov bildirib ki, aralarındakı bütün narazılıqlara baxmayaraq, S.Cəlaloğluna böyük qardaş kimi hötmət edir: ”Siyasi baxışlarımızın və mövqelərimizin daban-dabana zidd olması, xüsusilə də, Milli Şura, Əli Kərimli və AXCP-yə qarşı Sərdar bəyin tutduğu qeyri-obyektiv mövqe onun mənim böyük qardaşım olması faktını aradan qaldırmır. Siyasətdən kənarda o mənim qardaşım, böyüyüm və ata əvəzimdir. Ancaq siyasi və milli maraqlarda güzəşt - mən baxışlarımda səhv də edə bilərəm, ancaq belə düşünürəm - ləyaqətsizlik və münafiqlikdir. Allah bizi doğru yolumuzdan sapmağa qoymasın. Eyni zamanda, hesab edirəm ki, ailədaxili və ya şəxsi münasibətlərin ictimai diqqətin mərkəzinə gətirilməsi tamamilə yanlış və ziyanlıdır, insanların qızıl kimi qiymətli vaxtını belə məsələlərə cəlb etmək səhvdir”. Uzun müddətdir qardaşı ilə küsülü olan Sərdar Cəlaloğlu əfv sərəncamı verildikdən sonra mətbuata açıqlamasında həbsdən çıxan Q.Məmmədovu qarşılamağa getməyəcəyini bildirmişdi Geri qayıt |