Əsas Səhifə > Partiya, Güney Press > Gülağa Aslanlı narazıların etimadını qazanacağını vəd etdi

Gülağa Aslanlı narazıların etimadını qazanacağını vəd etdi


10-01-2015, 12:21
Gülağa Aslanlı narazıların etimadını qazanacağını vəd etdi
Müsavat Partiyasının başqanı Arif Hacılının partiyanın İcra Aparatı postuna Gülağa Aslanlını təyin etməsi birmənalı qarşılanmadı. Partiyanın keçmiş üzvü Səxavət Əlisoy hesab etdi ki, seçim yanlışdır və A.Hacılı Tural Abbaslını bu posta təyin etməli idi.

Tural Abbaslı isə Hafta.az-a açıqlamasında bildirdi ki, ona bu barədə heç bir təklif edilməyib. Təklif olunsa da, razı olmazdı. T.Abbaslı həmçinin Gülağa Aslanlının adıçəkilən posta təynatını da uğursuz hesab etdi.

Sosial şəbəkələrdə də bu təyinatla bağlı müxtəlif fikirlər səsləndirildi. Hafta.az-ın məlumatına görə, səslənən hər bir fikrə isə Gülağa Aslanlının cavabı bu cür olub:

“Müsavat Partiyasındakı son təyinatımdan narazı qalan müsavatçıların etimadını işimlə və əməlimlə qazanacağıma inanıram. Digərlərinin sözlərinə əhəmiyyət verməyin. Mən kimlərlə işlədiyimi və hansı partiyaya xidmət etdiyimi yaxşı bilirəm. Bu partiyada olduğu illərdə bir dəfə də olsa, məclis üzvü seçilə bilməyənlərin mənim haqqımda tərif söyləməsi xoşuma gəlməzdi. Yolumuza davam”.

Qeyd edək ki, İcra Aparatı postunda Gülağa Aslanlıdan öncə indiki başqan Arif Hacılı idi.

Geri qayıt