Əsas Səhifə > Partiya, Güney Press > “Prezident İlham Əliyevin çıxışı bizdə ruh yüksəkliyi yaratdı”

“Prezident İlham Əliyevin çıxışı bizdə ruh yüksəkliyi yaratdı”


13-01-2015, 13:51
“Prezident İlham Əliyevin çıxışı bizdə ruh yüksəkliyi yaratdı”
“Prezident İlham Əliyevin Nazirlər Kabinetində etdiyi çıxış məndə çox böyük ruhyüksəkliyi yaratdı. Buna görə də bütün imkanlarımdan istifadə edərək, dünyada yaşayan həmyerlilərimizi prezidentin çıxışını əsas tutaraq aktiv olmağa çağırıram”.

Bu fikri Hafta.az-a açıqlamasında hazırda Almaniyada yaşayan, Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Qəmbər deyib. O bildirib ki, 20 Yanvar faciəsi və Xocalı soyqırımı günləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət etməyi düşünürlər:

“İkili standarta qarşı mövqeyimizi bildirmək istəyirik. Prezidentimiz bildirdi ki, hər bir diasporda olan vətəndaş da bu prosesdə iştirak etməlidir. Mən Almaniyada bacarığımdan maksimum istifadə etmək istəyirəm. İndiyə qədər əgər Avropa Parlamentində qondarma erməni soyqırımı müzakirəyə çıxarılıbsa, Qarabağ problemi də həmin parlamentə müzakirə edilməlidir və biz də buna çalışmalıyıq. İlk növbədə Fransada və Almaniyada buna çalışacağıq. Çünki Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Almaniyada da uydurma soyqırım müzakirə edilib. Biz də yuxarıda qeyd etdiyim faciələrimizlə bağlı eyni zamanda, Ukrayna, Abxaziya-Osetiya və digər konfliktli ölkələrin problemlərini Avropa Parlamentində müzakirə etməyə çalışmalıyıq”.

R.Qəmbər bildirib ki, ermənilər 2015-ci ildə uydurma soyqırımlarının 100 illiyini qeyd etməyə çalışdıqları kimi, bizim diaspor komitəsi də çox aktiv şəkildə çalışmalıdır:

“Necə ki, Putin Rusiyapərəst Kadirovla dil tapdı, biz də Dağlıq Qarabağda Azərbaycanı istəyən vətəndaşımızla dil tapmalıyıq. Bununla dünyaya da örnək ola bilərik. Çünki dünyada çox konfiliktlər var. Azərbaycan hökumətinin gücünü Dağlıq Qarabağ probleminin həlli üçün yetərli sayıram. Bütün təklifləri kitab halına salmaq lazımdır. Almaniyada da tədbirləri lazım olarsa, biz keçirməyə hazırıq”.

R.Qəmbər ölkə müxalifətinə də səslənərək bildirib ki, Dağlıq Qarabağ probleminin həlli üçün konfranslar təşkil edilməlidir:

“Hətta hökumətə müraciət edib, Heydər Əliyev adına Sarayını da bu konfranslar üçün istəmək lazımdır. Müxalifət bildirməlidir ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində iqtidarı dəstəkləyir. Azərbaycanın bu günki iqtidarı artıq Dağlıq Qarabağ problemini həll etmək üçün kifayət qədər hazırlıqlı səviyyədədir. 2015-ci ildə problemin 90 faizi həll edilə bilər. Müharibə xərclərini isə qarabağlıların torpaqlarına qayıtdıqdan sonra orada özləri üçün ev tikmələrinə xərcləmək lazımdır. Azərbaycan vəziyyət həmişə Ermənistandan yüksək olduğu üçün, Dağlıq Qarabağ erməniləri də bizi seçməlidir. Necə ki, hazırda Almaniyanın vətəndaşı olmağa bir çox ölkə vətəndaşları can atırlar. Çünki o ölkənin qanunları vətəndaşı tamamilə qoruyur. Azərbaycanın da qanunları həm Ermənistanla, həm də Gürcüstanla müqayisədə vətəndaşlarımızın tərəfindədir. Bu baxımdan da Dağlıq Qarabağ erməniləri bunu görməli və Azərbaycanı dəstəkləməlidirlər. Bu üsulla da sülh yolu ilə torpaqlarımızı geri ala bilərik”.

Geri qayıt