Əsas Səhifə > Partiya, Güney Press > "O meydanda olanlar müxalifət sayılır, xiyabanlarda bir yerə toplananlar yox"

"O meydanda olanlar müxalifət sayılır, xiyabanlarda bir yerə toplananlar yox"


21-01-2015, 09:57
"O meydanda olanlar müxalifət sayılır, xiyabanlarda bir yerə toplananlar yox"
Dünən bütün müxalifət adına olan birliklər, təşkilatlar Şəhidlər Xiyabanını ayrılıqda ziyarət etdi. Bütün dünya gördü ki, müxalifətdə kimsə bir-birini qəbul etmir, bəlkə elə buna görə beynəlxalq güclər ölkə müxalifətinin çoxsaylı çağırışlarına biganə yanaşır, mövcud hakimiyyətə alternativ görmür?

Moderator.az tanınmış hüquqşünas Qurban Məmmədova bu sualla müraciət edəndə bəlli oldu ki, müsahibimiz fərqli düşünür:

"Müxalifəti mən bir yerdə gördüm. Milli Şura olaraq hamısı yan-yana, çiyin-çiyinə idilər. Sizin ifadə ilə desək, müxalifət adına olan birliklərin isə bir kalonda getmək öhdəliyi yoxdur. Əslində elə belə də olmalıdır. Biz şəhidlərimizi yad etməyə gedirik, gövdə göstərməyə yox. Müxalifətin bir yerdə olmalı olduğu yer Şəhidlər Xiyabanı deyil, mübarizə meydanıdır. O meydanda olanlar müxalifət sayılır, xiyabanlarda bir yerə toplananlar yox."

Geri qayıt