Əsas Səhifə > Partiya, Güney Press > “AXCP funksionerlərinin açıqlamaları onların öz nüfuzuna xələl gətirir”

“AXCP funksionerlərinin açıqlamaları onların öz nüfuzuna xələl gətirir”


21-01-2015, 13:50
“AXCP funksionerlərinin açıqlamaları onların öz nüfuzuna xələl gətirir”
“Arif Hacılı ilə Əli Kərimlinin görüşündə iştirak etmişəm. Bu görüş Arif Hacılının təşəbbüsü ilə baş tutdu, normal keçdi, iki saata yaxın davam etdi. Əgər AXCP funksionerləri hesab edirlərsə ki, görüş təklifi sadəcə etika xatirinə qəbul edilib, bu açıqlama özü etikadan uzaqdır. Eyni zamanda, peşəkarlıqda uzaq və siyasətçiyə yaraşmayan açıqlamadır. Bu kimi açıqlamalar heç bir siyasi partiya üçün nüfuz deyil, əksinə, xələl gətirir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı Müsavat başqanı Arif Hacılının Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşü ətrafında yaranan qalmaqala münasibət bildirərkən deyib. O bildirib ki, Müsavat Partiyasının bu görüşdə məqsədi müxalifət daxilində olan lazımsız, mənasız mübahisələri aradan qaldırmaq və bütün gücü demokratik mübarizəyə sərf etmək olub.

S. Soltanlının sözlərinə görə, görüş normal keçsə də, qarşı tərəfdən adekvat olmayan fikirlər səsləndirilib: “Bu fikirlər onlara başucalığı gətirmir. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, əməkdaşlıq barədə müzakirələr aparıldı. Kimlərsə bu gün və gələcəkdə özlərini bizə müxalifətdə görəcəklərsə, bu, bizim problemimiz deyil. Müsavat Partiyası bundan sonra da öz yoluna davam edəcək və demokratik mübarizənin önündə olacaq. Partiya digər siyasi partiyalarla da mümkün əməkdaşlığın artırılması istiqamətində fəaliyyətini davam etdirəcək”.

Geri qayıt