Əsas Səhifə > Partiya, Güney Press > “Rəsulzadənin məzarının Azərbaycana köçürülməsinin əleyhinəyəm”

“Rəsulzadənin məzarının Azərbaycana köçürülməsinin əleyhinəyəm”


2-02-2015, 11:56
“Rəsulzadənin məzarının Azərbaycana köçürülməsinin əleyhinəyəm”
Tanınmış rəssam, Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Kanal24-ə açıqlamasında böyük öndərin məzarının Türkiyədən Azərbaycana gətirilməsinin vacibliyini qeyd edib və medianı bu məsələni davamlı gündəmdə saxlamamaqda qınayıb.
Maraqlıdır, Rəsulzadənin məzarının Azərbaycana köçürülməsinə ehtiyac varmı? Bu məsələ Milli Məclis səviyyəsində müzakirəyə çıxardıla bilərmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa Rəsulzadənin məzarının Azərbaycana gətirilməsinin əleyhinə olduğunu vurğulayıb:
“Bu məsələ ilə bağlı “Daşınan və daşınmaz” məzarlar adlı məqaləm var və həmin məqalədə bu məsələlərlə bağlı fikirlərimi ifadə etmişəm. Qısaca olaraq onu deyə bilərəm ki, şəxsən mən Rəsuladənin məzarının Azərbaycana köçürülməsinin əleyhinəyəm”.

Geri qayıt