Əsas Səhifə > Partiya, Güney Press > “Söyün Sadıqovun satqınlığı Abbas Abbasov üçün gözlənilməz oldu”
“Söyün Sadıqovun satqınlığı Abbas Abbasov üçün gözlənilməz oldu”3-02-2015, 10:26 |
Modern.az saytı “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Ağsaqqllar Şurasının üzvü, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasovla müsahibəni təqdim edir. - Vidadi müəllim, ilk növbədə sizdən "AzerRos"da baş verən son proseslərə münasibətinizi bilmək istərdik. Sizcə, azərbaycanlıların ən böyük diaspor təşkilatlarından birində nə baş verir? - İlk olaraq ondan başlayaq ki, "AzerRos" Rusiya azərbaycanlılarının rəsmən qeydiyyatdan keçirdiyi ən böyük təşkilatlardan biri deyil, əksinə yeganə belə təşkilatıdır. Xatırlamaq istəyirəm ki, "AzerRos"un yaradıcılarından olan Söyün Sadıqov və digər insanların sayəsində təşkilat demokratik struktura malik olmaqda davam edir. Hətta çəkinmədən deyərəm ki, "AzerRos"dakı demokratiya Rusiyanın özündə belə, yoxdur. Və bugünkü proseslər təşkilatdakı məhz həmin demokratiyanın nəticələridir. Bunlar normal proseslərdir və heç nəyi dramatikləşdirmək lazım deyil. - Doğurdanmı, "AzerRosun" keçmiş prezidenti Asif Məhərrəmov 17 yanvarda keçirilmiş qurultayın təşəbbüskarlarının iddia etdiyi kimi, təşkilatı polis metodları ilə idarə edib? - Onun təşkilatı heç cür idarə edə bilmədiyini desək, daha doğru olardı. Yalnız demokratik mexanizmlərin işlədiyi təşkilatı polis metodları ilə idarə etmək mümkün deyil. Və ümumiyyətlə, Məhərrəmovun bu vəzifəyə seçilməsini "AzerRos"da baş verən "bədbəxt hadisə" kimi dəyərləndirmək lazımdır. - İclasın "OMON"çuların köməyi ilə yarımçıq saxlanılmasına cəhd olunmasını necə dəyərləndirirsiniz? Orada "AzerRosun"un Federal Şurasının üzvlərinin yalnız bir hissəsi olsa belə, onların üzərinə polis yönəltməyə nə ehtiyac var idi? - Prinsipcə, hakimiyyətin ictimai təşkilatın işlərinə qarışmasına mənfi baxıram. - Konflikt başlayanda Abbas Abbasov və Söyün Sadıqov vahid mövqedən çıxış edirdilər. Lakin indi onların yolları ayrıdı. Bunun arxasında kim durur? Sadıqov nə üçün Abbasova qarşı çıxdı? Onun məqsədləri nədir? - İş ondadır ki, konflikt başlayandan hamı vahid mövqedən çıxış edirdi. Biz hamımız eyni fikirdə idik ki, "AzerRos" Azər Məhərrəmov üçün iş yeri olmamalıdır. Heç kəs, o cümlədən Abbas Abbasov da onun istefa verməsinə etiraz etmirdi. Lakin prezidentin istefasından sonra mənim həmkarlarım kənar qüvvənin təsiri altına düşdülər və razılaşmamızı pozdular. Onlar öz uğurlarından ruhlandılar və Ağsaqqalar Şurasının sədri Abbas Abbasovun da istefasını tələb etməyə başladılar. Belə olanda biz onlara dedik: "Dostlar, belə razılaşmamışdıq axı". Və yollarımız ayrıldı. Sadıqovun növbəti oyununun arxasında nə dayanır? Bunu ancaq onun özü bilir. Amma düzü, ona Abbas Abbasovu devirmək üçün çoxlu pul verildiyini danışırlar. Bunun doğru olub-olmadığını bilmirəm. Söyün Sadıqov niyə Abbas Abbasova qarşı çıxdı? Cavab verirəm - bu Söyün Sadıqovun həyat tərzidir. O, oyunçudur. Mən ortaq tanışımız olan bir azərbaycanlı belə, tanımıram ki, Sadıqov onu aldatmasın ya da yanıltmasın. Bu satqınlıq yalnız bir nəfər üçün, Abbas Abbasovun özü üçün gözlənilməz idi. Görünür, Söyünün çoxsaylı ictimai çıxışları onu inandırmışdı, o deyirdi: "Abbas müəllim bizim ağsaqqalımızdır və yalnız mənim deyil, bütün ailəmizin ağsaqqılıdır". - Siz Söyün Sadıqovun Rusiya Xalqlar Assambleyasının rəhbər üzvlüyündən çıxmasına necə münasibət bəsləyirsiniz? Bu populizm idi, yoxsa hansısa öz məqsədləri var idi? - Ondan başlayaq ki, Söyün Sadıqov Rusiya Xalqlar Assambleyasının rəhbərliyinə daxil deyildi. O, sədrin məsləhətçisi idi. Bu isə onun bütün digər vəzifələri kimi sırf simvolik vəzifə idi. - Bəs siz kimi "AzerRos"un prezidenti postuna real namizəd hesab edirsiniz? - Namizəd istənilən şəxs ola bilər. Fikrimcə, Mehriban Sadıqova, Şirvan Kərimov və Asiman Hüseynov seçicilərin səsi uğrunda real mübarizə apara bilər. - Bəs siz? - Ola bilsin ki, mən də. - Siz özünüz tərəfləri barışdırmağa çalışmısınız, yoxsa onlar arasındakı uçurum barışıqdan danışmağı mümükünsüz edir? - Düşünmürəm ki, "AzerRos" daxilindəki həmkarlarım arasında uçurum var. Birlikdə uzun illər işləmişik və indi də "Qazprom"un səhmlərini bölüşdürmürük. Barışdırmağa çalışmışam. Təəssüf ki, bütün problemlər həmkarlarıma hər cür təzyiq edən kənar qüvvələrdədir. Belə qüvvələr Azərbaycan səfirliyində də, Bakıda da və hətta Rusiya strukturlarında da var. Bu qüvvələr çox güclüdür. Onları ümumi maraqlar və məqsədlər birləşdirir: Rusiyada güclü Azərbaycan diaspor təşkilatının yaranmasına imkan verməmək və nəyin bahasına olursa olsun, "AzerRos" Federal Milli-Mədəni Muxtariyyətini dağıtmaq. Lakin onlar boş yerə çalışırlar, belə ki, "AzerRos"un əsas qüvvələri birlikdədir. Geri qayıt |