Əsas Səhifə > Partiya, Güney Press > “Abbas Abbasovu Rusiya azərbaycanlılarını rahat buraxmağa çağırıram”

“Abbas Abbasovu Rusiya azərbaycanlılarını rahat buraxmağa çağırıram”


4-02-2015, 08:49
“Abbas Abbasovu Rusiya azərbaycanlılarını rahat buraxmağa çağırıram”
Moderator.az Stavropol Vilayətində fəaliyyət göstərən ÜmumRusiya Azərbaycanlıları Konqresinin regional bölməsinin sədri Fəxrəddin Yarıyevlə əlaqə saxlayaraq son günlər Rusiyadakı azərbaycanlılarının dincliyini əlindən almış qalmaqallara münasibətini öyrənib. Onunla söhbətimizi oxuculara təqdim edirik:

-Fəxrəddin müəllim, oxucular üçün qısaca tanıtım etmək istyərdik.

-Mən özüm Rusiyanın 250 mindən artıq erməni əhalisi olan Stavropol vilayətində ÜmumRusiya Azərbaycanlıları Konqresinin sədri olaraq fəaliyyət göstərirəm. 2000-ci ildən bu günkü günədək göstərdiyimiz fəaliyyət Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi, Rusiyada fəaliyyət göstərən səfirlik və ÜmumRusiya Azərbaycanlıları Konqresi tərəfindən yüksək qiymətləndirilib.

-Regional diaspor rəhbəri kimi Rusiya cəmiyyətinə inteqrasiya edə bilmisinizmi? Fəaliyyətinizin prioritet istiqamətləri hansıdır?

-Gündəlik Stavropol vilayətində yaşayan azərbaycanlıların problemləri ilə məşğul olur, tarixi vətənimiz Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Stavropol vilayətinin rəhbərliyi ilə sıx əməkdaşlıq edərək, regionun ictimai-siyasi həyatında da fəal iştirak edirik.

-Son vaxtlar "AzərRos" Rusiyadakı soydaşlarımızı dərbədər edib. Onun sorağı yəqin ki, gəlib Stavropola da çatıb...

-"AzərRos" təşkilatı barədə bircə onu demək istəyirəm ki, son zamanlar gördüyümüz və eşitdiyimiz xoşagəlməz hadisələr bizdə utanc hissi yaradır. Təəssüflər olsun ki, Abbas Abbasovun diasporda yaratdığı iflic vəziyyət bizim qonşularımız ermənilərin dəyirmanına su tökür. Təbii ki, birlik və həmrəylik olmayan yerdə sağlam fəaliyyət ola bilməz. Bəzi adamlar Abbas Abbasovu dəstəkləyərək, onun dağıdıcı fəaliyyətinə köməklik edirlər. Halbuki onlar birinci çıxıb deməlidilər ki, “Abbas müəllim, buraxın bu camaat bu təşkilatı özü idarə etsin, çünki təşkilat bir adamın deyil, xalqındır”.

-Prezident İlham Əliyev tərəıfindən 70 illik yubileyi münasibətilə "Şərəf" ordeni ilə təltif olunan səfir Polad Bülbüloğluna qarşı "AzərRos"un rəsmi saytındakı təhqir dolu yazıdan xəbəriniz varmı?

-Kaş heç olmayaydı və Abbas Abbasovun bu qədər intriqalara meylli adam olduğunu bilməyəydik. Rusiyanın bütün regionlarındakı diasporlarınnüfuzlu nüməyəndələrini ləkələməyə çalışdığı azmış kimi, "AzərRos"un rəsmi saytında Azərbaycanın rəsmi nümayəndəliyi, Rusiyada bizim ən yüksək təmsilçimiz olan hörmətli səfirimizə qarşı böhtan və şər xarakterli məqalələr yerləşdirilməsi artıq hər şeydən xəbər verir.

-Bir neçə gün öncə bir neçə nüfuzlu diaspor təşkilatının yaydığı bəyanatda Abbas Abbasovun "AzərRos"un regional bölmələrini yaratmaqla əslində mövcud olan qurumların işini əngəlləməyə çalışdığı və intriqaları alovlandırdığı vurğulandı.

-Abbas Abbasovun apardığı mənasız işlər nəticəsində bütün regonlarda "AzərRos"un kimsəyə lazım olmayan nümayəndəlikləri yaradılır və bununla orada fəaliyyət göstərən diaspor fəaliyyətinə mane olmağa çalışırlar. Nəticədə regionda münaqişə yaranır. Ancaq Konqresin regional rəhbəri olaraq mən səmimi deyə bilərəm ki, "AzərRos" rəhbərləri öz nümayəndələrini regionlara salıb təbliğat aparmasına baxmayaraq onların əməlləri baş tutmayaraq nəticəsiz qalır. Stavrapol Vilayətində Konqresin sədri olaraq bütün Rusiya azərbaycanlılarını Abbas Abbsovun intriqalarından uzaq və kənarda durmağı, Rusiya-Azərbaycan xalqlarının dostluğuna qulluq etməyi çağırıram. Abbas Abbasova isə Rusiya azərbaycanlılarını rahat buraxmağı və "AzərRos"u xalqa qaytarmağı çağırıram.

Geri qayıt