Əsas Səhifə > Partiya, Güney Press > “Müsavatda İsa Qəmbərin razılığı və xəbəri olmadan bu cür qərarlar qəbul edilmir”

“Müsavatda İsa Qəmbərin razılığı və xəbəri olmadan bu cür qərarlar qəbul edilmir”


10-02-2015, 11:22
“Müsavatda İsa Qəmbərin razılığı və xəbəri olmadan bu cür qərarlar qəbul edilmir”
“Müsavatdakı son hadisələr və Qubad İbadoğlunun kənarlaşdırılması bir neçə məsələyə aydınlıq gətirir. Birincisi, Müsavat rəhbərliyi üçün Nizamnamə əsas sənəd deyil. Sadəcə olaraq, öz iddialarını, düşüncələrini Nizamnamə bəndlərinə yansıtmaq istəyirlər və əks fikir söyləyən insanları partiyadan uzaqlaşdırmaq üçün Nizamnamədən heç bir əsası olmayan sitatlar gətirirlər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub deyib.

V. Əyyub bildirib ki, Müsavat rəhbərliyinin əslində demokratik düşüncəyə heç bir dözümü yoxdur: “Son nəticə isə budur ki, bu adamlar partiya rəhbərliyi anlayışı ilə partiyanı eyniləşdirirlər. Belə çıxır ki, partiya rəhbərliyini tənqid etmək Müsavat Partiyasının əleyhinə olmaq deməkdir”.

V. Əyyub Q. İbadoğlunun partiyadan kənarlaşdırılmasında sabiq başqan İsa Qəmbərin rolunun olub-olmaması barədə sualı belə cavablandırıb: “Mən bilmədiyim şeylər haqqında danışmağı sevmirəm, amma bir şeyi bilirəm ki, İsa Qəmbərin razılığı və xəbəri olmadan bu cür qərarlar qəbul edilmir”.

Xatırladaq ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu fevralın 6-da Nizamnaməni kobud surətdə pozmaqda ittiham olunaraq Divanın qərarı ilə partiyadan xaric edilib. Bundan sonra onun bəzi tərəfdarları partiyadan istefa verməyə başlayıb.

Geri qayıt