Əsas Səhifə > Partiya, Güney Press > “El” Hərəkatı yoxdur, olmayan Hərəkatın qurultayı da keçirilə bilməz”
“El” Hərəkatı yoxdur, olmayan Hərəkatın qurultayı da keçirilə bilməz”17-02-2015, 12:03 |
“Milli Şura formatına keçiddən sonra artıq “El” Hərəkatı mahiyyətini itirdi. O vaxtdan sadəcə, “El” Hərəkatı yox oldu. Məncə, Eldar Namazov da 1 ildən çoxdur ki, Azərbaycanda deyil. Bu müddət ərzində aramızda telefon bağlantısı, əlaqə, görüş olmayıb, ona görə də belə düşünürəm”. Bunu APA-ya açıqlamasında “El” Hərəkatı İdarə Heyətinin sabiq üzvü, Milli Şuranın üzvü Rövşən Əhmədli deyib. R. Əhmədli bildirib ki, olmayan bir Hərəkatın qurultayı da keçirilə bilməz. O, parlament seçkilərində Milli Şuranın xətti ilə seçkilərdə iştirak edəcəyini də istisna etməyib: “Milli Şuranın seçkilərlə bağlı bəyanatı olub, gələcəkdə də Milli Şura olaraq seçkilərlə bağlı fikrimizi bildirəcəyik”. Qeyd edək ki, 2014-cü ilin fevralında “El” Hərəkatının sədri Eldar Namazov qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldığını və Təşkilat Komitəsinin sədri seçildiyini açıqlayıb. E. Namazov qurultaya hazırlıq işləri aparılacağını, bu çərçivədə bölgələrdə nümayəndəliklərin işlərinin aktivləşəcəyini, qurultayda isə El Hərəkatının ictimai hərəkat, yaxud partiya kimi fəaliyyətini davam etdirməsi barədə qərar veriləcəyini bəyan etmişdi. 1 il ötsə də, “El” Hərəkatının qurultayından hələ də xəbər yoxdur. Geri qayıt |