Əsas Səhifə > Partiya, Güney Press > Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlu ADR-ə qoşulub
Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlu ADR-ə qoşulub21-02-2015, 10:43 |
“Azərbaycan Demokratiya və Rifah Hərəkatının sıralarında Müsavat, Ümid, Klassik Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi və Ədalət partiyalarının üzvləri təmsil olunurlar”. APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təsis Konfransında ADR Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli deyib. Ellada Məmmədli konfransda 35 təşəbbüs qrupunun, ümumilikdə 267 nəfər konfrans üzvünün iştirak etdiyini bildirib: “Bu yaxınlarda KXCP Salyan rayon təşkilatı qərar qəbul edərək bütövlükdə Hərəkata daxil olub”. Xəstə olduğu üçün tədbirə qatılmamış Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlunun məktubu oxunub. M. Cavadoğlu məktubunda bu gündən ADR-ə qoşulduğunu bəyan edib. Geri qayıt |