Əsas Səhifə > Partiya, Güney Press > "Həm olimpiada keçirilməsi, həm də Novruz bayramı ilə bağlı siyasi məhbusların məsələsinə baxılması yaxşı olardı"
"Həm olimpiada keçirilməsi, həm də Novruz bayramı ilə bağlı siyasi məhbusların məsələsinə baxılması yaxşı olardı"2-03-2015, 09:19 |
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyaların fevralın 12-də keçirilən görüşündə bundan sonra görüşlərin iki aydan bir keçirilməsi barədə razılıq əldə olunmuşdu. Fevralın 21-də manatın devalvasiyası və bunun ardınca son günlər müşahidə olunan bahalaşma ictimai diqqət mərkəzində olan bir nömrəli məsələdir. 8 müxalifət partiyasının təmsil olunduğu “Azadlıq-2015" seçki bloku bunu nəzərə alıb Əli Həsənovla növbəti görüşün bir qədər tezləşdirilməsi ilə bağlı müraciət edə bilərmi, belə bir zərurət varmı? dia-az.life xəbər verir ki, KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a bildirib ki, ölkədə bahalaşma problemi iqtidarlı-müxalifətli hər kəsi düşündürən bir məsələdir. Ancaq məntiqlə daha çox da iqtidarı narahat eləməlidir. Bu istiqamətdə təkcə müxalifət danışmalı deyil: “Bizim mövqeyimiz ortadadır. Bəyanatlarımızı da xüsusi olaraq vermişik. Hələ ki bu məsələ hökumətin diqqətində deyil. Şübhəsiz ki, olsaydı, daha yaxşı olardı. Təkcə müsahibə ilə məsələlər həll olunmur. Həm də onların diqqətində olmalıdır. Bizim qənaətimizə görə, ümumiyyətlə nəzərdə tutulan görüş vaxtından əvvəl olacaq. Böyük ehtimalla, vaxtından əvvəl olacaq bu görüşdə həm də siyasi məhbus məsələləri müzakirə ediləcək. Bu barədə bizim blokdakı partiyaların rəsmi şəkildə dövlət başçısına müraciəti var. Həm olimpiada keçirilməsi, həm də Novruz bayramı ilə bağlı siyasi məhbusların məsələsinə baxılması yaxşı olardı. Amma bu hakimiyyətdə qəribəlik var. O da ondan ibarətdir ki, kənardan nəyisə təklif edirsən-hətta həmin məsələ hakimiyyətin planında olsa da belə-kənardan deyilib deyə, onu etmirlər. Çox qəribə xarakterdir”. Növbəti görüşün konkret mövzusunun bəlli olub-olmadığına gəlincə, M.Mirəlioğlu dedi ki, bütün mövzular ortadadır: “Görüş ərəfəsi müraciət olunacaq və deyiləcək. Bizim üçün o məsələ həllini tapıb. Ola bilər ki, bir mövzu digəri ilə sıralamada yerini dəyişə bilər. Manatın ucuzlaşması və ölkədə bundan sonra bahalaşmanın başlanması da günün aktual məsələlərindən birincisidir. Şübhəsiz ki, görüşdə bu məsələnin də müzakirəsi aparıla bilər”. Hakimiyyət adından siyasi partiyalarla görüşdə iştirak eləyən Əli Həsənov bir neçə gün öncə ölkə prezidentinin köməkçisi vəzifəsinə irəli çəkildi. İndiyə qədər siyasi partiyalar Prezident Administrasiyasının şöbə müdiri ilə görüşürdülərsə, bundan sonra prezidentin köməkçisi olan şəxslə görüşəcəklər. Bu, məqam görüşün əhəmiyyətini artıran məqam sayıla bilərmi? Bu suala KXCP sədri belə cavab verdi: “Bu, istənilən məsələyə baxışdan asılıdır. Əli Həsənov onsuz da mandatlı idi. Əli Həsənov orada xüsusi olaraq qeyd edirdi ki, görüşlə bağlı məsələləri prezidentə məruzə edəcək. İndi prezidentin köməkçisi statusunda iştirak eləməsi məsələnin önəmini bir az da artıracaq. Gələcəkdə, ümumiyyətlə, daha konkret addımlar atılarsa, siyasi partiyaların dövlət başçısı ilə də görüşü çox normal və məqbul məsələdir”. Geri qayıt |