Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli Razi Nurullayevi Milli Şuradan da çıxaracaq

Əli Kərimli Razi Nurullayevi Milli Şuradan da çıxaracaq


2-03-2015, 12:15
Əli Kərimli Razi Nurullayevi Milli Şuradan da çıxaracaq
"Milli Şuradan getmək fikrim yoxdur. Orada fəaliyyətim davam edəcəyi təqdirdə, qurumun normal bir təşkilat kimi fəaliyyətinə dəstək verəcəm. Bununla bağlı təkliflərimi, fikirlərimi də açıqlayacam".
Bunu "Report"a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Milli Şuranın üzvü Razi Nurullayev deyib. O bildirib ki, Milli Şurada qərarların qəbul edilməsinə AXCP sədri Əli Kərimli də təsir edə bilir: "Ola bilər, mənim Milli Şuradan çıxarılmağımla bağlı məsələ qaldırılsın. Bunu dəqiq bilmirəm, amma gözləyirəm".
R.Nurullayev qeyd edib ki, harada haqsızlıq varsa, oradan kənarlaşmaq olmaz: "Əksinə, baş verənləri cəmiyyətə açıqlamaq, demokratik ab-hava yaradılması üçün mübarizə aparmaq lazımdır. AXCP-də də bu mövqedən çıxış etmişəm. Mən məcburən partiyadan istefa verdim".

Geri qayıt