Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimli kimdir ki, lider olsun...”
“Əli Kərimli kimdir ki, lider olsun...”2-03-2015, 12:46 |
“Əli Kərimli 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırsınlar. Bu, əsassız ittiham deyil”. Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. ADP sədri Əli Kərimlinn saxta Facebook profilləri açması ilə bağlı deyilənləri təsdiq edib. “Əli Kərimlinin müavini də demişdi ki, sədr ona saxta profillər açmaq üçün tapşırıq verib. Həmin müavin də 50 adama tapşırıq verib ki, hərəsi 4-5 saxta profil açıb, süni reytinq qaldırsınlar. Bu, əsassız ittiham deyil”. ADP sədri hesab edir ki, Əli Kərimli müxalifətin lideri ola bilməz: “Əli Kərimlinin müxalifətdə lider olmaq cəhdlərinə gəlincə isə, müxalifətdə heç kim lider ola bilməz, hər kəs öz partiyasında lider ola bilər. Müttəfiqlik var və əgər kimsə müttəfiqlikdə özünü lider hesab edirsə, deməli səmimi deyil”. S.Cəlaloğlu Razi Nurullayevin AXCP-dəmn istefa verməsinə münasibət bildirib. Partiya sədri Əli Kərimli və tərəfdarlarının R.Nurullayevin hakimiyyətə işləməsi haqda ittihamlarının yersiz olduğunu deyib: “Uzun müddət nailiyyət əldə edə bilməyən qrup günahkar axtarmağa başlayır və öz rəqibini, yox müttəfiqlərini ittiham edir. Bu sindrom Müsavatda, AXCP-də, eləcə ədə digər partiyalarda müşahidə olunur. Müxalifətdə olub hakimiyyətə işləmək nə deməkdir? Hakimiyyətə işləyirsə, elə gedib hakimiyyət tərəfdə olsun da. Necə olurdu, Əli Kərimli Razi Nurullayev yanında olan fəxr edirdi ki, ən yaxşı kadrımdır. İndi Razi gedəndən sonra hakimiyyətə işləyən olub? Axı, sənin nüfuzun onların sənin yanında olmağı ilə bağlı idi. Bu, düzgün məntiq deyil axı. Bir adam neçə il partiyada işləyir və həmin müddət ərzində bu adamı öz güzgün kimi göstərirsən, təqdim edirsən. İndi isə həmin adamları hakimiyyətə işləməkdə ittiham edirsən, deməli sənin gücün yox imiş. Əgər sənin ətrafındakı adamların hamısı hökumətə işləyirsə, faktiki olaraq sənin öz gücün yoxdur”. Geri qayıt |