Əsas Səhifə > Partiya, Güney Press > “Əli Kərimli sapı özümündən olan baltadır”
“Əli Kərimli sapı özümündən olan baltadır”6-03-2015, 13:06 |
“Son vaxtlar bir qrup beynəlxalq təşkilat Azərbaycan haqqında olmazın şər-böhtan kampaniysına başlayıb”. AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Siyavuş Novruzov deyib. Deputat bildirib ki, həmin təşkilatlar erməni mənşəli olanları, qrant verib onlardan “şapka” aldıqlarını müdafiə edir: “Əfsuslar ki, burada sapı özümüzdən olan baltalar da var. Bu, AXCP-nin rəhbəri Əli Kərimli, onun ətrafında olan kriminal tör-töküntü və erməni fondlardan aldığı qrantlar hesabına saxladığı QHT-lərdir. Vaxtilə ermənilər Yerevandan Qorbaçova ümummilli lider haqqında teleqram vururdu, indi ermənilər yenə fəallaşıb. Hörmətli həmkarımız Mehriban xanım Avropa ölkələrində Avropa Oyunlarının təqdimat mərasimini keçirir. Avropa Oyunları ilk dəfə Azərbaycanda keçirilir. Biz də bir işin qulpundan yapışmalıyıq, hər kəs öz mövqeyini bildirməlidir”. Daha sonra deputat Ombudsmana xitab edib: “İsveçrə səfirliyində neçə aylardır ki, bir nəfəri saxlayırlar. 1 milyon 565 min qrant alıb, 240 min vergidən yayındırıb. Səfirliyə məktub yazın ki, niyə oğrunu, kriminalisti saxlayırsınız, onlara dəstək verirsiniz? Götürün bir müəllimi, həkimi, Xocalı sakinini də saxlayın, niyə bir cinayətkarı aylardır orda saxlayırsınız?”. S.Novruzov eyni zamanda həmkarı Qüdrət Həsənquliyevin təklifini dəstəkləməyib və cinayət etmiş şəxslərin azadlığa çıxmasına qarşı olduğunu deyib. Geri qayıt |